Siyasət

SMMM-nin koordinatoru Oqtay Güləliyev və QDEVAMM-ın sədri Polad Aslanov Əhsən Nuruzadənin evində olublar

30-01-2017, 17:14
SMMM-nin koordinatoru Oqtay Güləliyev və QDEVAMM-ın sədri Polad Aslanov Əhsən Nuruzadənin evində olublar. Ailə üzvüləri ilə görüş əsnasında Oktay bəy Azərbaycanda gedən ictimai proseslərdə Əhsən Nuruzadə kimi oğlanlar tarix yazır və cəmiyyətin inkşafında müstəsna xidmətləri olacaq. Buna görə də bir çox məmurlar narahat olub.Əhsən Nuruzadə və digər azad insanları qeyri- qanunin oğurlayıb, saxta ittihamlarla müvəqqəti həbs ediblər. Buna görə də biz hüquq mudafiyə təşkilatı olaraq bərk narahat olduq və buna görədə bəyanatlar verdik və sizinlə görüşə gəldik.
QDEVAMM-ın rəhbəri Polad Aslanov isə bildirib ki, Əhsən Nuruzadənin oğurlanması açıq cəmiyyətlə müharibədir və bir həftə ərzində Əhsənlə bağlı heç bir məlumat verilmədi. Artıq ictimaiyyət, hüquq müdafiyəçiləri bəyanatlar verəndən sonra, mediyada ictimailəşəndən sonra, beynəlxalq təşkilatlar və diplomatiq nümayəndələr işə qarışandan sonra məsələyə münasibət bildirdilər ki, Əhsən Nuruzadə həbs olunub.

Görüş əsnasında məlum oldu ki, Əhsən Nuruzadə barəsində Nərimanov məhkəməsi 10 sutka inzibati həbs qərarı verib. Bu xəbərə Oqtay Güləliyev , Polad Aslanov və ailə üzvüləri çox sevindir.

Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova isə həm QDEVAMM-ın təşkilatının sədiri Polad Aslanova, həm də SMMM-nin koordinatoru Oqtay Güləliyevə öz dərin təşəkkürünü bildirdi ki, oğlum Əhsənə dəsdək oldunuz və məsələni gündəmdə saxladınız. Bundan əlavə olaraq Xeberman.com saytına, Azadlıq radiyosuna, Azadlıq qəzetinə, Meydan tv, və facebookda status yazanlara, Əhsən Nuruzadənin şəkilini paylaşanlara dərin təşəkkürünü bildirdi. Məxsusda jurnalist Aytəkin qızıma, Aytən qızıma dərin təşəkkürümü bildirirəm. Vəkil Yalçın İmanovada təşəkkürümü bildirirəm

Administratorla əlaqə

077 611-55-22

[email protected]