Ölkə

QDEVAMM Əhsən Nuruzadənin oğurlanmasını və jurnalist Rövşən Məmmədlinin həbsini pislədi

27-01-2017, 00:38

Qafqazda Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzi Əhsən Nuruzadənin oğurlanmasını və jurnalist Rövşən Məmmədlinin həbsini pislədi.
Bir ildən artıq gedən Nardaran işi məhkəməsində Taleh Bağırzadəyə və digər inanclı qardaşlara dəstək məqsədi ilə Əhsən Nuruzadə və Rövşən Məmmədli məhkəmə proseslərini izləyirdi. Davamlı olaraq məhkəmələrdə iştrakında heç bir zaman qanun pozuntularına yol vermirdi.Əksinə qanun pozuntusuna yol vermək istəyənləri də qanunun tələblərinə əməl etməyə çağırırdı. Bunu məhkəmə işçiləri və ora gələn digər inanclılar,polislərdə təsdiq edir.
Əhsən Nuruzadə Nardaran işində həbs olunanlara höküm oxunan günündən bir gün əvvəl yəni yanvarın 24-ü hansı güc orqanı tərəfindən saxlandığı barəsində rəsimi məlumat olmadan oğurlanıb. Bundan əlavə olaraq tanınmış jurnalist Rövşən Məmmədli də həmin günü yoxa çıxmışdı .Sonra məlum oldu ki, ona da 30 sutkalıq həbs verilmişdi. Sosial şəbəkələrdə Seyyid Abdul Xaliq Ceferi kimi tanınmış Siyabov Xaliq və digər adını açıxlamağını istməyən dostlar isə QDEVAMM təşkilatına müraciyyət edir ki, onların evinin önündə tanımadığı iki şəxs gözləyir. Onlarda oğurlana bıləçəyındən narahat olub.
QDEVAMM təşkilatı Əhsən Nuruzadənin və Rövşən Məmmədlinin oğurlanması hadisəsini və digər inanclı insanların oğurlanmasına hazırlıgları hökümətin inanclı insanlara qarşı represiyya siyasətinin davamı kimi qiymətləndirir . Onların dərhal azadlığa buraxılmasını və digər inanclı insanların qeyri- qanuni izlənməsini və oğurlanmasını dayandırılmasını tələb edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]