Əsas Səhifə / Xəbərlər
Həbsdə olan jurnalist Pentensiar xidmətin rəisini təbrik etdi
10-07-2023, 14:14
Təzəcə Cəzaçəkmə Müəssisəsinə etap olunmuşdum, təzyiqlərin ardı-arası kəsilmirdi.Gah hamam,gah görüş,gah da sovqatla bağlı süni əngəllər yaradılırdı.Problem ictimailəşəndən bir neçə gün sonra Mirsaleh Seyidov saxlanıldığım müəssisədə məni qəbul etdi.Təxminən 2saata yaxın görüşümüz oldu.İlk dəfə idi ki, hansısa məmurun məni belə səbrlə,aramla, diqqətlə dinlədiyini görüb etiraf edim ki, təəccüblənmişdim."Azərbaycanda, Ədliyyə sistemində belə bir məmur var, yəni?"deyə özüm özümə sual edirdim.Əslində azadlığda olanda məhbus ailələrindən,həbs olunandan sonra məhbuslardan onun haqqında daim müsbət fikirlər eşitmişdi,amma indi canlı şahidi olurdum.
Görüşdə başıma gətirilən süni problemləri danışdım.Elə yerindəcə araşdırdı və haqlı olduğuma əmin oldu.Mənə söz verdi ki,bir daha təkrarlanmayacaq.Həmin görüşdən sonra mənə olunan təzyiqlərə son qoyuldu.Bu gün Mirsaleh Seyidovun Pentensiar xidmətin rəisi vəzifəsinə təyin olunduğunu eşidib çox sevindim, təbrik edirəm.
Ümid edirəm ki, vəzifəsini qanunla,vicdanla, ləyaqətli şəkildə icra edəcək,məhbusların hüquqlarının qorunmasında əlindən gələni əsirgəməyəcək və bir məmur kimi vətəndaşlar üçün yenə də əlçatan olacaq.
10.07.2023
1saylı Cəzaçəkmə müəssisəsində saxlanılan Jurnalist Siyasi məhbus Polad Aslanov.