Əsas Səhifə / Xəbərlər
Ədliyyə Nazirliyi Petensiar xidmətin rəhbər şəxsləri cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər keçirirlər
2-10-2023, 16:05
"Mirsaleh Seyidov Pentensiar xidmətə rəis təyin olunan gündən Pentensiar xidmətdə həqiqətən də islahatlar gedir."
Bu sözləri həbsdə olan jurnalist Siyasi Məhbus Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova özünün Facebook hesabında yazıb.
Mirsaleh Seyidov Pentensiar xidmətə rəis təyin olunan gündən Pentensiar xidmətdə həqiqətən də islahatlar gedir.
Bir məhbus ailəsi olaraq mən bunu görürəm və hiss edirəm.
Bu gün, səhər saatlarından başlayaraq 1saylı Cəzaçəkmə Müəssisəsində Ədliyyə Nazirliyinin Pentensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Fikrət Qafarov və Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov 200 nəfərdən çox məhbusu qəbul edib,onların müraciətlərini, şikayətlərini dinləyiblər.
Yerindəcə 86nəfər məhbusun problemini həll edib, digərlərinin müraciət və şikayətlərini adiyyatı üzrə yönləndirib və əllərindən gələn köməkliyi edəcəklərinə söz veriblər.
Qəbulda həyat yoldaşım Polad Aslanov da olub.
Görüş əsnasında Polad Aslanov səhhətində yaranan problemləri və digər məhbusların problemlərini Fikrət Qafarovun və İftixar Qurbanovun diqqətinə çatdırıb.
Fikrət Qafarov tez zamanda adı çəkilən məhbuslara baş çəkəcəklərini və problemin həlli yolunda əllərindən gələni edəcəklərinə söz verib.
Qeyd edim ki,bu cür görüşlər ölkə üzrə bütün Cəzaçəkmə Müəssisələrində olacaq.