Gündəm

Taleh Bağırzadənin tərəfdarını kimlər oğurlayıb?

26-01-2017, 19:10
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin tərəfdarı, Nardaran işi məhkəməsinin daimi iştirakçılarından olan Əhsən Nuruzadədən artıq üç gündür ki, xəbər yoxdur. Ə.Nuruzadənin yanvarın 24-dən yoxa çıxdığı haqda məlumat yayılmışdı.

Onun yaxınları Azadlıq Radiosu-na bildirib ki, Əhsənin harada olduğu haqda heç bir məlumat ala bilmirlər. Bunun üçün Daxili İşlər Nazirliyinin “102” xidmətilə əlaqə saxlayıblar, cavabında onlara tövsiyə olunub ki, Nərimanov rayonu, 18-ci polis bölməsinə yazılı ərizə ilə müraciət etsinlər. Ə.Nuruzadənin həyat yoldaşı ərizə də yazıb. Amma bunun da nəticəsi olmayıb.

Əhsən Nuruzadənin həbs olunduğunu ehtimal edən yaxınları vəkil Yalçın İmanovla müqavilə bağlayıb. Müdafiəçi yanvarın 26-da gün ərzində müxtəlif qurumlara müraciət etsə də, hələ ki, Ə. Nuruzadənin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]