Ölkə

Taleh Bağırovun oğurlanan tərəfdarından dörd gündür ki, xəbər yoxdur

27-01-2017, 22:12
Taleh Bağırovun oğurlanan tərəfdarından dörd gündür ki, xəbər yoxdurMüsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin tərəfdarı, Nardaran işi məhkəməsinin daimi iştirakçılarından olan Əhsən Nuruzadədən dördüncü gündür ki, heç bir xəbər yoxdur. Baxmayaraq ki, yaxınları da, vəkili Yalçın İmanov da Daxili İşlər Nazirliyinin “102” xidmətindən tutmuş, ayrı-ayrı polis idarələrinə qədər müxtəlif orqanlara müraciət edib, amma hələ də onun yerini müəyyənləşdirə bilməyiblər.

Vəkil “Azadlıq”a açıqlamasında bildirib ki, yanvarın 27-də Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə də məsələ haqda məlumat verib: “Eyni zamanda, Nərimano Rayon Məhkəməsi ilə də əlaqə saxladım. Çünki bu idarə tutubsa, adətən həbs-qətimkan tədbirinin seçilməsi, yaxud inzibati həbs qərarlarını Nərimanov rayon məhkəməsi verir. İdarə də Nərimanov rayonu ərazisində yerləşir. Amma məhkəmədən bildirdilər ki, belə bir adam haqqında onlarda heç bir qərar olmayıb. Çarəsiz vəziyyət yaranıb, Əhsən Nuruzadəni heç cür tapa bilmirik”.

Əhsən Nuruzadə sonuncu dəfə yanvarın 24-də evdən çıxıb. Ailəsi Əhsən Nuruzadənin yerini öyrənmək üçün birinci dəfə Daxili İşlər Nazirliyinin “102” xidmətilə əlaqə saxlayanda onlara tövsiyə olunub ki, Nərimanov rayonu, 18-ci polis bölməsinə yazılı ərizə ilə müraciət etsinlər. Əhsən Nuruzadənin həyat yoldaşı ərizə də yazıb. Amma bu günə qədər nəticə yoxdur.


Yaxınları heç olmasa, Əhsən Nuruzadənin ölü, yoxsa sağ olduğunu öyrənmək istəyirlər.
“Azyaşlı qızı neçə gündür ki, gecə-gündüz ağlayır…”, – ailə üzvləri “Azadlıq”a bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]