Ölkə

18-ci polis bölməsinin əmkdaşı Əhsən Nuruzadənin evində olub.

29-01-2017, 19:39
Xeberman.com-un verdiyi məlumata görə, 29 yanvar saat 5-də Nərmanov rayonunun 18-ci polis bölməsinin əmkdaşı Əhsən Nuruzadənin evində olub. Evə baxış keçirən 18-ci polis bölməsinin əmkdaşı baxış keçirəndən sonra protokol tərtib edib. Həmin protokolda evdə heç bir qan izi aşkar olunmaması barəsində məlumat yazıb . Bundan əlavə evin ümumi görnüşünü çəkib, evdə olanları protokolda qeyd edib. Polisin evə baxışı zamanı Xeberman.com saytının əməkdaşını Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova evə dəvət etmişdi.
Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova Xeberman.com-un əməkdaşına, həmçinin 18-ci polis bölməsinin əmkdaşına bildirib ki, Əhsən Nuruzadə ilə bağlı Facebook da yazılan "Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verilmiş ağır işgəncələr nəticəsində Əhsən Nuruzadə 2 gündür ki, komadadır." narahat olması ilə bağlı məlumat verib . Bu səbəbdən adiyyatı orqanlardan rəsmi məlumat verilməsini istəyib .
18-ci polis bölməsinin əməkdaşı Əhsən Nuruzadənin anasına bildirdi ki,əlimizdən gələn qədər səy edəcəyik ki, Əhsən Nuruzadə qısa zaman ərzində tapılsın.

Administratorla əlaqə

077 611-55-22

[email protected]