Ölkə

Oqtay Güləliyev Əhsən Nuruzadənin oğurlanmasından və bu günə qədər tapılmamasından yazdı

30-01-2017, 02:01
Oqtay Güləliyev Əhsən Nuruzadənin oğurlanmasından və bu günə qədər tapılmamasından yazdı Xeberman.com-un verdiyi məlumata görə, SMMM-nin koordinatoru Oqtay Güləliyev Əhsən Nuruzadənin oğurlanmasından və bu günə qədər tapılmamasından yazdı .

Tanınmış videoblogger Mehman Huseynov ogurlanıb işgəncələrə məruz qalanda hakimiyyət orqanları bu hadisəni ciddi- cəhdlə adam ogurluğu olmadığını sübut etməyə çalışırdlar. Üstündən 2 həftə keçməmiş daha bir adam ogurluğu cinayəti baş verdi. Hacı Tale Bağırzadənin yaxın tərəfdarlarından olan, Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Ahsan Nuruzade müəmmalı şəkildə yoxa çıxdı, ogurlandı.
Əhsən bəyin ogurlanmasından 1 həftə keçir. Təsəvvür edirsinizmi bir ölkənin vətəndaş ogurlanır və ya itkin düşür dövlət susur. Aidiyyatı qurumlar onlara edilən çox saylı müraciətlərə baxmayaraq bir kəlmə olsun belə açıqlama vermirlər. Addım atmırlar...
Halbuki, Əhsən Nuruzadənin başına gətirilənləri aşkara çıxarmaq guc skturturlarının əlində çox asan məsələdir. Çünki;
1. Əhsən Nuruzadənin ogurlandığı və ya yoxa çıxdığı yerdə videokameralar var. İndiyə qədər həmin kameralara baxış keçirilməyib;
2. Ötən bir həftənin ilk 4 günü ərzində Əhsən bəyin telefonuna və vatçapına zəng çatıb. Yəni telefonun email kodu ilə onun yerini təsbit etmək olur.
3. Əhsən Nuruzadənin itkin düşməsi və ogurlanmasına dair indiyə qədər hər hansı bir axtarış, araşdırma, tədqiqat və s. hərəkətlər aparılmayıb, şahidlərdən və yaxınlarından izahat alınmayıb və s.
Bütün bunlar isə vəkil Yalçın İmanovun dediyi kimi Əhsən Nuruzadə Tale Bağırzadə və digər dindarların məhkəməsində aktiv iştirak və onları müdafiə etdiyinə görə etirafedici ifadələrin alınmasına görə ogurlanıb. İndiyə qədər Əhsən bəyin tapılması ilə bağlı ciddi addımların atılmaması olayın arxasında hüquq mühafizə orqanlarının dayanmasını və ya onun tapılmamasında onların bilərəkdən seyriçi mövqe tutduğunu deməyə əsas verir.
Bu gün sosial şəbəkələrdə yayılan məlumatlarda isə Əhsən Nuruzadənin "bandotdel" tərəfindən ogurlandığı və orda agır işgəncələrə məruz qalarkən komaya düşdüyünə, buna görə də aidiyyatı qurumların susdugu barədə məlumatlar yayılıb. Məlumat yayıldıqdan sonra Nərimanov rayon 18- ci polis bölməsinin əməkdaşları ilahiyyətçinin evinə gəlib onun mənzilinə baxış keçirib ailə üzvləri söhbət etsələr də ümidverici bir söz deməyiblər.
Haşiyə. 24 yanvar, günün ikinci yarısı ogurlanan və ya itkin düşən Əhsən Nuruzadə həmin olaydan bir neçə gün öncə Ağır Cinayətlər Məhkəməsinin önündə verdiyi müsahibədə DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi tərəfindən izləndiyini bildirir, həmin idarəni "qara kabus" deyə sərt tənqid edir. O müsahibəsində heç nədən qorxmadıqlarını, həbsdə olan qardaşlarını sona qədər müdafiə edəcəklərini söyləyir.
Daha vacib bir məqam. Əhsən Nuruzadə ogurlanmamışdan yarım saat öncə mənimlə əlaqə saxlayıb. Olaydan bir gün öncə görüşümüzdə isə özünün və Seyyid Abdul Xaliq Ceferi bəyin polis tərəfindən izləndiyini bildirib.
Əhsən bəy tanıyan birisi olaraq qeyd edim ki, o çox mədəni, sakit təbiətli, imanlı və inanclı bir şəxsdir. Ona qarşı olanların şəxsi zəmində deyil, onun ictimai fəaliyyəti ilə bağlı oldugu düşüncəsindəyəm. Hesab edirəm dövlət qurumları, xüususən bu olayda daha çox adı keçən DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi öz sözünü deməli, məsələyə aydınlıq gətirməlidir.
Əhsən Nuruzadənin ogurlanması ilə bağlı bir çox aidiyyatı şəxslərə və qurumlara müraciət etmişik. Onun tapılması ilə bağlı səylərimizi davam etdirəcəyik.
Gəlin unutmayaq ki, Əhsən bəyin başına gələnlər və ya gətirilənlər sabah hər birimizin başına gələ bilər. Bu hadisə millət, dövlət adına çox utancverici hadisədir. Onun tapılması, sağ- salamat həyata qayıtması, taleyinə aydınlıq gətirilməsi üçün səylərimizi artıraq, əlimizdən gələni əsirgəməyək.
Əhsən Nuruzadə facebook- da yazdığı son statusunda deyir;
“Haqq yolunda addımlayanlar, heç vaxt bədbin olmayın...
Bu yol elə müqəddəs yoldur ki bu yolda ölsən belə, tutulsan belə qalibiyyətdir”
Qəzan mübarək, Əhsən bəy!

Administratorla əlaqə

077 611-55-22

[email protected]