Gündəm

"Nardaran işi" üzrə təqsirləndirilənlərə hökm oxunacağı ərəfədə "oğurlandığı" (VIDEO)

25-01-2017, 00:39
Gənclərin "Nardaran işi" üzrə təqsirləndirilənlərə hökm oxunacağı ərəfədə "oğurlandığı" güman olunur

Yanvarın 23-dən etibarən "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadənin tərəfdarları kimi tanınan Rövşən Məmmədli və Əhsən Nuruzade haqqında məlumat almaq mümkün deyil.

"Naradaran işi" üzrə təqsirləndirilənlərin yaxınlarının "Azadliq.info"-ya verdiyi məlumata görə, hər iki gənc məhkəmə prosesini daim izləyən şəxslərdir.
Rövşən Məmmədli "Facebook" səhifəsində son paylaşımı 23 yanvarda, gecə saat 01:04-də edib. Ondan bir neçə gün öncə isə "Azadliq.info"-da Taleh Bağırzadə haqqında yazısını dərc etdirib.

Gənclərin "Nardaran işi" üzrə təqsirləndirilənlərə hökm oxunacağı ərəfədə "oğurlandığı" güman olunur.

DİN-in mətbuat xidməti məsələyə münasibət bildirmir.
Jurnalist Rövşən Məmmədli dünən axşam saatlarında saxlanılıb.

Yaxınlarının verdiyi məlumata görə, pasport qeydiyyatından zəng edib Rövşən Mammadlini çağırıblar ki, hansısa sənədə imza çəkməlisən. Ora gedib, qapıda da polis saxlayıb. O, polisə tabesizlikdə ittiham olunub.

Rövşən Məmədov Xeberman.com-a verilən məlumata görə, Məhkəmə jurnalistin barəsində 30 sutka inzibati həbs cəzası verib.


Rövşən Məmmədli hazırda Binəqədi Müvəqqəti Saxlama Təcridxanasındadır.

Xatırladaq ki, Rövşən Məmmədli Hacı Tale Bağırzadənin tərəfdarı kimi tanınır.

Xeberman.com-a QDEVAMM sədri Polad Aslanov bildiribki, Bandotdel çox adama söz göndərmişdlər ki, Əhsən, mən, Rövşən, və digər inaclı dostların həbs olunacaqlar. Səbəb isə Nardaran iş məhkəməsini ictimayiləşdirməyimiz və yaxından o məhkəmlərə getməyimiz idi. Məni həbs edə bilmədilər çünki, bu gün evdən çölə tək çıxmamışdım. Bu demək deyil ki, mən həbs təhlükəsindən sovuşdum əksinə hər an həbs oluna bilərəm. Səbəb nə olur olsun həbs olunan inanclı dostara dəstək olmaq məqsədi ilə məhkəmlərə gedəcyik və ictimaiyyətə informasiyada verəcəyik

https://www.facebook.com/pg/xebermancom/videos/?ref=page_internal

Administratorla əlaqə

077 611-55-22

[email protected]