Gündəm

Həbsdə olan jurnalistdən Azərbaycan xalqına Ramazan təbriki

12-04-2024, 00:59



Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: 

Xalqımı bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə daha bərəkətli Ramazanlar diləyirəm.

Rəhman və Rəhim olan Allahdan xalqıma sülh, əminamanlıq,bolluq, bərəkət ,can sağlığı, həbsdə olan günahsız məhbuslara Azadlıq, məmurlara isə insaf  diləyirəm.

Ramazan ayı daxil olarkən saxlanıldığım 1saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənova mən və bir neçə inanclı məhbus Ramazan ayı boyunca  dini ayinlərimizi(imsaqda qapıların açılması,əhya gecələri,quran gecəsi,ehsan süfrələri...)yerinə yetirmək üçün şərait yaradılmasını xahiş və tələb etmişdik.

Müəssisə rəhbərliyi 1ay müddətində bizim tələbələrimizi nəzərə alıb sübh tezdən imsak üçün oyanan məhbuslara hər cür şərait yaratmış,

Pentensiar Xidmətin rəisi Mirsaleh Seyidovun göstərişi ilə iftar süfrəsi açılmışdır.

Xahiş və tələbimizi nəzərə alıb müəssisə daxilində bizə bu şəraiti yaradan Pentensiar xidmətin rəhbərinə və Cəzaçəkmə müəssisəsinin rəisinə təşəkkür edir, onların da Ramazan bayramını təbrik edirəm"

Jurnalist Polad Aslanov 

10.04.2024.

1saylı Cəzaçəkmə müəssisəsindən


Administratorla əlaqə

077 611-55-22

[email protected]