Siyasət

Oqtay Güləliyev :AXCP fəalı, siyasi məhbus Fuad Ahmadli 5 günlük karsa salınıb

10-01-2017, 01:33
 Oqtay Güləliyev :AXCP fəalı, siyasi məhbus Fuad Ahmadli 5 günlük karsa salınıb Hüquq müdafiəçisi Oqtay Güləliyev öz facebook səhifəsində yazaraq bildirib ki,  bu hakimiyyət zülmə, zalıma boyun əyməyən, haqsızlığa göz yummayan insanlara qarşı açıq- aşkar düşmənçilik edir. Şərləyib həbs etdiyi siyasi məhbuslara qarşı isə bu münasibət daha kəskin formada həyata keçirilir. 
Bu gün doğum günü olmasına baxmayaraq heç bir ciddi əsas olmadan AXCP fəalı, siyasi məhbus Fuad Ahmadli 5 günlük karsa salınıb. Ona psixoloji, fiziki təzyiq göstərilib. Fuad bəyin vəkili Asabali Mustafayevin verdiyi məlumata görə nazik jiletdə soyuq karsda saxlanılandığına görə xəstələnən məhbusun həkimə ehtiyacı olsa da Penitensiar Xidmətin əməkdaşları həkim çağırmaqdan imtina ediblər. İki gündür ki, Fuad bəy sabun, diş fırçası, dəsmal və s. kimi ən elementar əşyalardan məhrum edilib, təcridxana rəhbərliyi tərəfindən aşağılayıcı münasibətə məruz qalıb. Bu münasibətə etiraz olaraq o aclıq aksiyasına başlayıb.
Əldə etdiyimiz başqa bir məlumata görə digər siyasi məhbus, İslam partiyasının Astara təşkilatının sədri Ruhulla Axundzadənin də səhhətində ciddi problemlər yaranıb. Ayaqlarına su yığılıb, şişib, yeriyə bilmir. Neçə gündür ki, təzyiqi düşmür. Dəfələrlə müraciət etməsinə baxmayaraq həkim çağrılmır və o, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür... 
Bu siyahını uzatmaq olar. Təkcə son 1 ildir bədənində güllə gəzdirən Nardaran məhbuslarına göstərilən aşırı qeyri- insani münasibət dediklərimizə misal ola bilər. 
Tarixdə yüzlərlə misallar var ki dünyanın ən qəsbkar, işğaçlı hökmdarları işğal etdikləri ölkələrdə əsir aldığı insanlara işgəncə verməyib, onları aşağılamayıb, təhqir etməyib. Amma bizim bəzi kəmfürsətlər imkan axtarır ki, bu hakimiyyətin zindanlara saldığı siyasi girovları incitsin, aşağılasın, onlardan intiqam alsın. 
Bu binavalar anlamır ki, dinc günahsız insanlara qalxan əllər gec- tez çürüyür, məhv olur. Onları söyən dillər susur, lal olur. Əsgərə, dustağa, əsirə zülm edənlər sonda özləri zlümə, çarəsizliyə, pis günə məruz qalırlar. 
Nə qədər gec deyil ayılın, ey binəvalar. Düstaqlara normal münasibət göstərin. Unutmayın ki, onlar günahsızdır və gec- tez azadlığa çıxacaqlar. 
Unutmayın ki, onların həbsdə qalma ehtimalı az, sizin isə məhbus olma ehtimalınız daha çoxdur. 
P. S. Fuad bəyin 27 yaşı tamam oldu. Təbrik edirəm, qəzan mübarək bəy! Tezliklə azadlıqda görüşmək istəyi ilə bütün siyasi məhbuslara azadlıq arzulayıram!

Administratorla əlaqə

077 611-55-22

[email protected]