Gündəm

“Azərbaycanda pulla istənilən məhkəmə qərarı ala bilərsiniz”

20-09-2016, 02:12
“Azərbaycanda pulla istənilən məhkəmə qərarı ala bilərsiniz”

Xeberman.com -un verdiy məlumata görə,  Bakı sakini Eyzangül Əsgərova Kavkaznews.az-a müraciət edərək, dələduzluğun qurbanı olduğunu bildirib.Qafqaz Xəbər Agentliyindən kömək istəyən E.Əsgərovanın problemində ilk baxışdan qeyri-adi heç nə yoxdur. Təəssüf ki, dələduzluq günümüzdə geniş yayılmış şakərə çevrilib. Lakin təəccübləndirici hal odur ki, həmin xanım Azərbaycanda Hacı Təyyar adı ilə tanınan məşhur ilahiyyatçını (Təyyar Əyyar oğlu Hüseynli – red.) dələduzluqda günahlandırıb. E.Əsgərova bildirib ki, Hacı Təyyar onun yaxın qohumudur.

"O, mənim qaynımın kürəkənidir. Bizim həmişə yaxşı münasibətlərimiz olub. Mən evimi satandan sonra, o, məndən altı min dollar borc istədi. Mən ondan pulu necə qaytaracağını soruşdum, o isə dedi ki, narahat olma, qoyun saxlayıb sənin pulunu verəcəyəm”, – deyə E.Əsgərova qeyd edib. Şikayətçinin sözlərinə görə, o, qohumuna inanaraq altı min dollar pulu ona borc verib.

"Lakin Hacı Təyyar məni aldatdı və borcu qaytarmadı. Mən Cəlilabad Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə vaxtı hakim məndən xahiş etdi ki, Təyyara min dollar borcu bağışlayım. Mən razılaşdım. O isə tezliklə bu pulu qaytarmağa soz verdi, amma yenə də aldatdı”, – deyə E.Əsgərova vurğulayıb. Eyzangül Əsgərovanın sözlərinə görə, Hacı Təyyar pulu qaytarmaq əvəzinə, Cəlilabad Məhkəməsinin qərarından apellyasiya şikayəti verib: "Amma Apellyasiya Məhkəməsi də xeyrimə qərar çıxardı”.

Şikayətçinin sözlərinə görə, T. Hüseynli hələ də borcunu qaytarmır. Əgər Təyyar Hüseynli həqiqətən E.Əsgərovanı aldadıbsa, hüquq mühafizə orqanları niyə tədbir görməyiblər? Məhkəmə icraçısı Nicat Bəhmanov bildirib ki, Hacı Təyyar barəsində Azərbaycan ərazisində axtarış elan olunub.

"Biz onun ölkədən çıxmasına da qadağa qoymuşuq”, – deyə icraçı qeyd edib. Biz həmçinin Hacı Təyyarın öz fikrini də öyrənməyə çalışdıq.

"Eyzangül Əsgərovanın iddiası üzrə bütün məhkəmə qərarları əsassızdır. O, məni şantaj edir”, – deyə ilahiyyatçı bildirib. "Axı onun haqlı olduğunu təsdiqləyən məhkəmə qərarları var”, – deyə əməkdaşımız qeyd edib. "Azərbaycanda hakimlər pulla istənilən qərarı çıxarmağa hazırdırlar”, – deyə Hacı Təyyar bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]