Ölkə
Məhkəmə Hacı Zülfüqara "YOX" dedi.
19-03-2016, 21:00
Dünən Nardaran hadisələrindən sonra həbs olunan ilahiyyatçı Zülfüqar Mikayılzadənin məhkəməsi keçirilib
Bu haqda ilahiyyatçının vəkili Rüstəm Zülfüqarov məlumat verib.
Vəkilin bildirdiyinə görə, dünən Nəsimi Rayon Məhkəməsində Zülfüqar Mikayılzadənin həbs müddətinin ev dustağlığına buraxılması haqqında iclas keçirilib.
Məhkəmə ruhaninin ev dustağlığına buraxılmasına "yox" deyib.
Bu gün isə, bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilib.
İlahiyyatçının vəkili Hacı Zülfüqar Mikayılzadənin səhhətinin və ruhiyyəsinin yaxşı olduğunu, bütün möminlərə salam dediyini və Novruz bayramı münasibətilə təbrik etdiyini bildirib.