İslam

Azərbaycanlı Ayətullah Şeyx Mövla Lənkərani

25-05-2016, 22:28

Öz əsrinin Nəcəfi-Əşrəfdə olan görkəmli fəqih və müctəhidlərindən biri olan Ayətullah Şeyx Mövla Ağa Lənkərani on üçüncü hicri əsrinin əvvəllərində Lənkəranda dünyaya göz açmışdır.

О, Nəcəfdə "Türk” ləqəbi ilə məşhur olan alim və fəqih Şeyx Hüseyn Kuhkəmərinin şagirdlərindən biri olmuş və ustadının üsul və fiqh dərslərini risalə şəklində yazmış və bir müddətdən sonra Nəcəfdə seçilmiş fiqh və üsul ustadlarından biri hesab olunmuşdur. Ustadının bəyənatlarını yazıb topladığı iki cildlik "Üsuli-fiqh” kitabı ondan yadigar qalmışdır. Аlimin vəfat tarixindən əldə heç bir məlumat yoxdur. Təkcə 1872-ci illərdə (1289-cu hicri-qəməri tarixi ilə) həyatda olması məlumdur. ("Kiramül-bərərə”, Ağa Bozorg Tehrani, s.154)

Bu məlumat Faiq Vəlioğlunun Azərbaycanın görkəmli İslam alimləri kitabından götürülmüşdür.


Administratorla əlaqə

077 611-55-22

[email protected]