İslam

Azərbaycanlı Həkim Şeyx Əbdul Qasim İrəvani

10-06-2016, 22:32

Həkim Şeyx Əbdul Qasim İrəvani 1774-cü ildə dünyaya göz açıb. O böyük arif, bilikli həkim və görkəmli alimlərdən biri idi.Atası Məhəmməd Həkim İrəvan qəzasının təbiblərindən biri idi. Əqli və nəqli elmlərdə yüksək məqama malik olub. İbtidai təhsilini və müqədimat elmlərini öz doğulduğu yerdə alır, sonra dini elmini təkmilləşdirmək məqsədilə İsfahan şəhərinə səfər edir və bu şəhərin məşhur hikmət və fəlsəfə alimlərindən təhsil alır. Sonradan Nəcəfi-Əşrəf şəhərinə gedib Seyyid Əli Təbatəbainin ("Riyazul-məsail” kitabının müəllifi) üsul və fiqh dərslərində iştirak edir və yüksək dərəcədə elmə yiyələnir. Alim o günlərdə öz ibadət və irfani əməlləri ilə yüksək mənəviyyata çatır. Bu yolda Mövla Əbdus-səməd Həmədani, Hacı Məhəmməd Cəfər Kəbutər Ahəngi və Mövla Abbas Əli Binabi Məraği kimi məşhur və böyük şəxsiyyətlərin irfani nəzəriyyələrini mənimsəyir. Nəhayət, özü yüksək irfani məqama çatır. Sonralar Təbriz şəhərinə qayıdaraq həm təbabət, həm də əqli elmləri tədris etməyə başlayır. Bununla eyni zamanda ariflərlə, görüşüb onlara lazımi məsləhətlər verirdi. Tibb elmində də çox məharəti var idi. (Təbrizdə tanınmış həkim Abbas Mirzənin müasiri idi.) O vaxt bir xəstədə həkimlərin əli üzüləndə əlac tapmadıqda həkim İrəvani o xəstəni qəbul edib yüksək mənəviyyatı və elmi ilə təzədən həyata qaytarardı. Nəhayət, görkəmli alim 1823-cü ildə (1237-ci il hicri ilində) dünyasını dəyişir və Təbrizdəki "Seyyid Həmzə” günbəzi altıda dəfn edilir.

QEYD: Bu məlumat Faiq Vəlioğlunun Azərbaycanın görkəmli İslam alimləri kitabından götürlmüşdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]