İslam

Azərbaycanlı Ayətullah Şeyx İbrahim Şirvani

23-05-2016, 23:10

İslami elmlərdə nəzər sahibi olan kamil alim və fəqih Ayətullah Şeyx İbrahim Şirvani hicri-qəməri tarixi ilə on üçüncü əsrin əvvəllərində Şirvan torpağında dünyaya gəlmişdir.

İlk təhsilini öz vətənində aldıqdan sonra təhsilini artırmaq üçün Nəcəfi-Əşrəfə yola düşür. Bu şəhərdə məşhur alimlərdən, o cümlədən Şeyx Məhəmməd Həsən Nəcəfidən ("Cəvahirul-kəlam” kitabının müəllifi) lazımı qədər bəhrələnir və bu müqəddəs diyarda ictihad dərəcəsinə çatır. Alimin əsərlərindən iki cilddə yazılmış "Мəbaniül-fiqh” kitabını qeyd etmək olar. Təxminən 1854-cü ildə dünyasını dəyişir.

Bu məlumat Faiq Vəlioğlunun Azərbaycanın görkəmli İslam alimləri kitabından götürülmüşdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]