İslam

Azərbaycanlı Ayətullah-ul uzma hacı Şeyx Məhəmməd Sadiq Boradigahi

30-05-2016, 14:30

Öz zamanında Qafqazda olan mərcəy təqlidlərdən və fəqihlərdən olan Ayətullahül-üzmə hacı Şeyx Məhəmməd Sadiq Boradigahi Lənkərani həmini hicri qəməri tarixi ilə on üçüncü əsrin Lənkərana tabe olan Boradigah kəndində anadan olan olmuşdur. İbtidai (müqəddimə) təhsilini öz məntəqəsinin alimlərindən öyrənir və sonra o zamanlar böyük elmi mərkəz olan İranın Qəzvin şəhərinə köçür və 1833–cü (1249-cu hicri qəməri) ilə qədər Qəzvində yaşayır. Bir müddət bu şəhərdə qalıb bəzi elmləri (əsasən fəlsəfə-kəlam) ali dərəcədə oranın alimlərindən öyrənir. Bu şəhərdə dərslərini təkminləşdirdikdən sonra Kərbəlaya köçür və bu şəhərin böyük alimlərinin o cümlədən Seyyid İbrahim Qəzvini[1] və Seyyid Məhdi Təbatəbainin[2] fiqh və üsul dərslərində iştirak edir. Yüksək zəka və səyləri nəticəsində ictihat dərəcəsinə çatır. O İraqda Şeyx Sadiq Türk ləqəbi ilə tanınır. "Qisasül-üləma" kitabının müəllifinin yazdığına görə, Şeyx İraqda məşhur usrad və "Zəvabit" kitabının müəllifinin şagirdi olub.

Kərbaladan sonra Nəcəfi-Əşrəf şəhərinə gəlir və orada da üsul və fiqh alimlərinin dərslərindən bəhrələnir. Təhsil aldığı müddətdə Kərbəlada ərəb ailəsindən olan bir qadınla evlənib ailə qurur. Nəhayət, təhsilini başa vurub yolunu gözləyən camaata islam dininin ruhoxşayan göstərişlərini öyrədmək, onları düz yola çağırmağ üçün öz vətəninə Qafqaza qayıdır. Onun gəlişindən xəbər tutan dindar və mömin adamlar onu böyük təntənə ilə qarşılayıb son dərəcə hörmət edirlər. Mərhum Ağa Bozorg Tehrani bu barədə belə qeyd edir: "Mərhum Lənkarəni uzun müddət ərzində elmi mərkəzlərdə dini təhsil alıb yüksək məqama çatdıqdan sonra Qafqaza qayıdır. Çox az bir müddət də bu bölgədə çox nüfüz qazanır və şöhrət tapır, Məntəqədə yeganə mərcəyi-təqlid kimi, tanınır. Camaat şəri işlərində ona təqlid edirlər. Mərhum lənkarani bu məntəqədə İslam dininə çox böyük xidmətlər edərək dinin çoxlu unudulmuş hökümlərini təbliğ edir, ona yenidən gözəllik, təravət verir, Bütün ömrünü müxtəlif kitablardan ədrs deməyə və şagird tərbiyə etməyə sərf edir, çoxlu fazil ətləbə yetişdirir. Onun elm və bilikdə çoxlu məlumatı və yüksək məqamı vardır".

Alim, fəqih Məhəmməd Sadiq Boradigahi 1968-ci ildə (1285-ci hicri ili) dünyasını dəyişir.


Mərhum Lənkaranidən çoxlu elmi əsərlər və əlyazmalar yadigar qalmışdır. Onların bəziləri aşağıdakılardan ibarətdir:

  1. "İbtilaul-övliya" (iki cildə)";
  2. "İtmamül-höccət fi isbati-vücudil-qaimil-höccət";
  3. "İftixarüş-şiə fi əhkamiş-şəriət";
  4. "Əl-hariyat";
  5. "Əddürəru vəl-qürər filmühtəxəbil min əmalil ömr
  6. "Əddürərül-faxirə fi ziyarətil-itrətit-tahirə";
  7. "Əl-mərasimuş-şəriyyə".

Bu məlumat Faiq Vəlioğlunun Azərbaycanın görkəmli İslam alimləri kitabından götürülmüşdür.

 
Azərbaycanlı Ayətullah-ul uzma hacı Şeyx Məhəmməd Sadiq Boradigahi

Administratorla əlaqə

077 611-55-22

[email protected]