İslam

Azərbaycanlı Seyyid Abbas Yəhya oğlu Hüseyni Musəvi Səlyani

31-05-2016, 11:51
Zəkalı alim və görkəmli fəqihlərdən olan Seyyid Abbas Yəhya oğlu Hüseyni Musəvi Səlyani on ikinci hicri əsrinin ortalarında Səlyan şəhərinin Sadat kəndində dünyaya gəlir.İbtidai dini təhsilini öz məntəqəsində alır. Ali təhsilini harada başa vurması haqda dəqiq məlumat yoxdur. Çox ehtimal var ki, ali təhsilini Nəcəfi-Əşrəfdə başa vurub. O, Səlyan məntəqəsinin görkəmli din xadimlərindən və böyük alimlərindən biri olub. İslam dini hökmlərinin təbliğində və xalqı düzgün yola dəvət etməkdə çoxlu xidmətləri olmuşdur. Alimin vəfat tarixi haqqında dəqiq məlumat yoxdur. Amma 1794-cü ilə qədər sağ olması haqda bəzi şahislər var. (Kiramul-bərərə c 2, səh. 693)

Qeyd: Bu məlumat Faiq Vəlioğlunun "Azərbaycanın görkəmli İslam alimləri" kitabından götürülmüşdür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]