İslam

Azərbaycanlı Ayətullah Hacı Şeyx Möhsün Naxçıvani

13-06-2016, 02:23

Ayətullah Hacı Şeyx Möhsün Naxçıvani 1897-ci ildə (1614-cü hicri ili) Nəcəfi –Əşrəf şəhərində dünyaya göz açıb.Zamanının fəzilətli və dəyərli alimlərindən biri olub. Atası şeyx Məhəmməd Əli Naxçıvani Nəcəf şəhərində yüksək məqamlı mərcəi-təqlidlərdən biri idi. O müqəddimə dərslərini müxtəlif alimlərdən və atasından, ali təhsilini isə Nəcəfin məşhur alimlərindən öyrənmişdir. Görkəmli alim elmi ictihad məqamına çatdıqdan sonra hövzə (mədrəsə) dərslərini tədris etməyə başlayaraq çoxlu tələbə yetişdirir. Ömrünün axırlarında İrana köçür və müqəddəs Məşhəd şəhərində sakin olur. Alimi gözəl əxlaqlı, zahid, dünya malına meyli olmayan şəxs kimi tanıyırdılar. O, vaxtının çoxunu ibadətlə keçirərdi. Günün yalnız bir neçə saatını, Ayətullah Mirzə Əhməd Ağazadə, Mirzə Kazım Mamağani Şeyx Müctəba Qəzvini, Şeyx Məhmud Hədəb kimi arif alimlərlə elmi mübahisə etməklə keçirərdi. Atası kimi məsum imamlara, məxsusən İmam Hüseyn (ə)-a dərin, məhəbbət bəsləyərdi. Xüsusilə məhərrəmlik günlərində dəstələrlə məclislərdə iştirak edərdi. Bu böyük alim 1963-cü ildə (1317-ci hicri qəməri ilə) dünyasını dəyişir və İmam Rza (ə) - ın hərəminin otaqlarının birində torpağa tapşırılır.

Qeyd: Bu məlumat Faiq Vəli oğlunun "Azərbaycanın görkəmli İslam alimləri” kitabından götürülmüşdür.


Azərbaycanlı Ayətullah Hacı Şeyx Möhsün Naxçıvani

Administratorla əlaqə

077 611-55-22

[email protected]