İslam

Azərbaycanlı din alimi Şeyx Mövla Həsən İrəvani.

26-05-2016, 09:12

Şeyx Mövla Həsən İrəvani öz zəmanəsinin yüksək məqamlı alim və fəqihlərindən biri kimi Nəcəfi-Əşrəf alimləri arasında yüksək ehtiram və etimada malik idi. Onun doğulma tarixi və ibtidai təhsili haqqında çox da məlumat yoxdur. Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfinin üsul və fiqh dərslərində iştirak etməsi daha çoxdur. Mərhum Ağa Bozorg Tehraninin yazdığına görə "O, qiymətli kitablarının bir hissəsini tələbələr istifadə etsin deyə vəqf, etmişdir. Öz əşyalarını həmişə başqalarına hədiyyə edirdi”. Alimin vəfat tarixi haqqında tarix sənətlərində məlumat yoxdur. Təkcə təxminən 1864-cü illərdə həyatda olduğu məlumdur.

Bu məlumat Faiq Vəlioğlunun Azərbaycanın görkəmli İslam alimləri kitabından götürülmüşdür.


Administratorla əlaqə

077 611-55-22

[email protected]