Əsas Səhifə / Gündəm / Media

Polad Aslanovun xanımı dövlət başçısından ədaləti bərpa etməyi xahiş edir

29-12-2020, 10:13
 Xeberman.com saytının rəhbəri Polad Aslanovun apellyasiya şikayətinə baxılması ərəfəsində onun xanımı Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Gülmirə Aslanova qeyd edir ki, "həyat yoldaşının əsassız, qanunsuz təqib olunması" ilə əlaqədar bir neçə dəfə Azərbaycan prezidentinə və birinci vitse-prezidentə müraciət edib, lakin heç bir reaksiya verilməyib.
Həyat yoldaşının işi üzrə dövlət başçısına beynəlxalq hüquq- müdafiə və jurnalist təşkilatları, ABŞ Dövlət Departamentinin İnsan Hüquqları və Əmək Bürosu da müraciət edib.
G.Aslanova iddia edir ki, hıyat yoldaşı təqsiri barədə səhih  sübutlar olmadan mühakimə edilib və Apellyasiya Məhkəməsinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edəcəyinə şübhə edir. Bununla Bununla yanaşı, G.Aslanova əmindir ki, gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsi ədaləti bərpa edəcək. Lakin Azərbaycan prezidenti qətiyyət göstərə bilər və bu ədalətsizliyə son qoya bilər.
*Noyabrın 16-da xeberman.com saytının təsisçisi P. Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs olunmasını istəyib.
P.Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham edilib.
İstintaq bildirir ki, o, digər jurnalistləri cəlb edərək İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa təhrik edib.
P.Aslanov bütün ittihamları rədd edərək bildirib ki, onu xüsusi xidmət orqanları işçilərinin korrupsiya faktlarını ifşa etdiyi üçün təqib edirlər. Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər, P.Aslanovu azad etməyə çağırıblar . 

Administratorla əlaqə

077 611-55-22

[email protected]