Gündəm / Media

Polad Aslanovun yenidən dindirilməsi üçün vəsadət təmin olunsa da, dindirilməsi üçün problemlər yaradılır

8-07-2019, 19:48
 
Xeberman.com saytının rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yoldaşına təzyiq olunması ilə bağlı açıqlama verib:
Salam.
Dostlar Polad Aslanovun vəkili Elçin Sadiqovun Polad Aslanovun yenidən dindirilməsi üçün vəsadət verməsinə və vəsadətin təmin olunmasına baxmayaraq Polad Aslanov hələdə dindirilməyib.Polad Aslanova vəkillərindən imtina etməsi üçün təzyiqlər olunur.Həbs olunan vaxtı təziq,təsir və işgəncə altında verdiyi ifadəsini dəyişdirməməsi üçün təzyiqlər edirlər
Qeyd:Mən ictimaiyyətin diqqətinə çatdırıram ki,Polad Aslanov fiziki cəhətdən çox zəifdir,çəki itirir,qidalana bilmir, ürək-damar xəstəsidi.Əgər Polad Aslanov vəkillərindən və yenidən ifadə verməkdən imtina etsə bilin və agah olun ki,DTX-də Polad Aslanova işgəncə və təzyiqlər olunub və məss imtinasına səbəb budu.
Polad Aslanov özü vəkillərinin iştirakı ilə yenidən ifadə verməsini istəyir.Məhkəməsində çıxışında da deyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]