Əsas Səhifə / Gündəm / Media
"Hakim artıq Polad Aslanovun günahsızlığı barədə qərar çıxarmalıdır" -VİDEO
28-08-2020, 10:08
Avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan "xeberman".com saytının redaktoru Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Ötən il dekabrda ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə daha bir ittiham irəli sürülüb. Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra media nümayəndələri və fəallar onun həyat yoldaşına qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibinə məruz qoyulmasını pisləyib.
AMERKANIN SƏSİ
AMERKANIN SƏSİ