Əsas Səhifə / Gündəm / Media
Şirkət rəhbəri Fəxri Həsənov : DTX-a əməkdaşlarının sərhəddə rüşvət alması ilə bağlı Prezidentə müraciəti özüm etmişəm , Polad Aslanov məni məcbur etməyib- VİDEO
19-09-2020, 22:47
Sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan 'xeberman'.com saytının redaktoru Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası keçirilib. Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Ötən il dekabrda ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə daha bir ittiham irəli sürülüb. Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra media nümayəndələri və fəallar həyat yoldaşına qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibinə məruz qoyulmasını pisləyib.
Amerkanın səsi