Əsas Səhifə / Gündəm / Media
Polad Aslanovun barəsində hökmdə şahidlərin ifadələri təhrif edilib
9-12-2020, 09:46

"Polada hökmün mətnini verdilər. O, jurnalistlər Kənan Rövşənoğlu, Mirələm Həşimov və digər şahidlərin ifadələrin təhrif olunduğunu aşkar etdi.
Hər iki jurnalist məhkəmədə hakim Faiq Qəniyevdən xahiş edib ki, ilkin istintaqda verdikləri ifadələrin təhrif olunmuş hissəsi çıxarılsın. Lakin hakim bunu etməyib və sadəcə, ittiham aktının məzmununu hökmə köçürüb", - G. Aslanova bildirib.
Onun sözlərinə görə, müdafiə tərəfi artıq hökmdən apellyasiya verib.