Gündəm / Kriminal
Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə apardılar - QALMAQAL
9-10-2015, 23:38
APA TV-nin modern.az-a istinadən məlumatına görə, hər iki şəxs avtomobil idarə edərkən şadlıq evinin önündə qarşı-qarşıya gəlib. Sürücülərdən heç biri digərinə yol vermək istəməyib.
Qeyd edilir ki, 5-ci polis bölməsinin rəisi sükan arxasında içkili vəziyyətdə olub. O, xalq artistinin gəlininə qarşı kobud və nalayiq hərəkətlər edib. Münaqişə böyüdüyündən, Zeynəb Xanlarovanın gəlinini polis bölməsinə aparıblar. Bundan xəbər tutan xalq artisti hadisəylə bağlı daxili işlər naziri Ramil Usubova zəng edib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən belə faktın qeydə alınmadığını deyiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də hadisə barədə məlumatsız olduğunu bildirib.