Müsahibə

Xeberman.com saytı 5 gündür oğurlanmış Əhsən Nuruzadənin anasından müsahibə aldı

28-01-2017, 23:13
Xeberman.com saytının əməkdaşı 5 gündür oğurlanan Əhsən Nuruzadənin evində olub. Anasından müsahibə aılıb .Həmin müsahibəni oxuyucularımıza təqdim edirik.

Əhsən Nuruzadə nə zaman oğurlanıb?

Yanavar ayının 24-də gonorta vaxtı evdən çıxdı. Ondan sonra evə bir daha qayıtmadı.

Nə üçün oğurlayıblar sizcə? Bəlkə düşməni var idi və yaxudda tamah məqsədi ilə oğurlanıb ?

Mənim oğlumun heç bir düşməni olmayıb . Əgər tamah məqsədi ilə əlaqədar oğurlansaydı bu günə qədər xəbər çıxardı və hər hansı formada pulu tələb edərdilər.

Bəs oğlunuz nə üçün oğurlanıb ?


Açıqı hələdə biz başa düşə bilmirik ki, nə üçün onu 5 gündür oğurlayıblar. Ancaq ağlımıza gələn budur ki, Əhsən oğlum Hacı Talehin məhkəmələrinə gedirdi ,beləcə ona görə oğurlayıblar. Amma istər Əhsənin, istərsə də ailəmizin heç kimlə şəxsi ədavəti olmayıb . Bizim ailə ziyalı ailəsidir.Yoldaşım rəhmətlik müəllim olub, mən isə bir müəssədə mühasib işləmişəm. Heç bir zaman heç kimlə münaqişəmiz olmayıb.

Əhsənin oğurlanması ilə bağlı hansısa dövlət orqanlarına müraciyyət etmisiniz?

Bəli etmişik. 102-yə zəng etdik bildirdik .Onlar 18-ci polis bölməsinə getməyimizi istədilər ki, ərizə yazın . Orda da ərizəni yazdıq . Ondan sonra Qızıl Xaç cəmiyyətinə, Ombudsman və digər dövlət orqanlarına müraciyyət etdik. Bundan əlavə olaraq sizin saytın vastəsi ilə Prezident İlham Əliyevə, Mehriban Əliyevaya, Ramil Usubova müraciyyət edirəm ki, mənim oğlumun yerini müəyyən etməkdə mənə kömək etsinlər. Mən və ailəsi çox narahatıq. Ailəsi, 2 qız övladı çox narahatdır .Böyük qızı deyir hər gün dua edirəm ki, dərsdən gələndə görüm atamın ayaqqabıları qapının ağzındadır ,amma görməyəndə çox üzülür. Balaca qızı isə deyir nə ola atam yenə məni öpə və oyada . Mən bilmirəm nəvələrimə nə cavab verim.

Əhsən necə insan idi?

Əhsən oğlum çox mehriban insandır. O istər ailəsi ilə , istər övladları ilə, istər də mənimlə hətda qonşularla çox mehriban rəftar edirdi. Yolda fəqir görəndə ürəyi ağrıyırdı , axırıncı qəpikini onlara verərdi. Ən əsası vətənpərvər idi. Bizim özümüz Füzulidənik. O zamanlar müharibə gedəndə Əhəsən 6-cı sinfdə oxuyurdu. O Füzuliyə ermənilərlə döyüşə getmişdi. Bizi tanıyanlar onun ger qaytardı . Ondan sonra Qazağa getdi. Ordada əsgər paltarı geyinib belində silah qəzetdə şəkili çıxmışdı. O qəzetə mən baxıb əzizləyirdim. İndi bilmirəm hardadır o qəzet.

Bəs namaz qılırdı?

Bəli namaz qılırdı özü də məktəb yaşlarından namaz qılırdı.

Əhsən biraz əvvəl dediyiniz kimi, Hacı Talehin məhkəməsinə gedirdi. Hacı Taleh tanıyırdı münasibətləri olub?
Bəli olub, tanıyırdılar bir- birilərini. Hacının məhkəmələrinə gedirdi. Mən onun işinə qarışmırdım. Onun 40-a yaxın yaş var. Özü bilirdi nə edir. Əgər o məhkəmələrə getmək cinayətdirsə razıyam oğlumu tutsunlar. Demirlər ki, hardadır və nə üçün oğurlanıb? Əgər Hacı Talehin məhkəməsinə getdiyinə görə oğurlanıbsa məlumat versinlər bizə ki, sağdı narahat olmayaq .

Administratorla əlaqə

077 611-55-22

[email protected]