İslam

Azərbaycanlı din alimi Mirzə Əsədullah Badkubei

18-05-2016, 11:54

Мirzə Əsədullah Badkubei on üçüncü hicri əsrində Bakıda dünyaya gəlmişdir. Allaha olan sonsuz eşq və məhəbbəti onu maddi aləmdən ayırıb öz ruhunu saflaşdırmaqla, nəfsini xeyirli əməllərə adət etməklə Allaha yaxınlaşdırmağa məşğul edir.

Əvvəlcə Nəcəfi-Əşrəfə gəlir və məşhur arif Nurəlişah İsfahaninin şagirdlərinə qoşulur. Mütərəqqi fikir və əqidəsinə görə burada ali dərəcədə mənəvəyyata sahib olur. Мirzə Zeynəlabidin Şirvani onun tərcümeyi-halında belə yazır: "Мirzə Әsədullah Bakı diyarının böyük ariflərindən biridir. Onun valideyinləri şan-şöhrət axtaran və mənsəbpərəst idilər. Amma özü fani dünyanı tərk edərək tələbə həyatına qədəm qoyur və Nəcəfi-Əşrəfdə Nurəlişah İsfahaininin məclislərində iştirak edir. Bir neçə müddət müqəddəs məkanlarda (ziyarətgahlarda) qalır və öz məqsədinə nail olduqdan sonra vətəninə qayıdır. Аmma bir müddətdən sonra Rusiyanın Bakıda etdiyi zülm və işgəncədən xilas olmaq üçün Təbrizdə sakin olmağı özünə münasib bilir.


Administratorla əlaqə

077 611-55-22

[email protected]