Azərbaycanlı Ayətullah Şeyx Əbasət Badkubei.
Ayətullah Şeyx Əbasət Badkubei Azərbaycan və Qafqaz məntəqəsinin 19-cu əsrdə yaşamış məhşur alimlərindən biridir. Bakının Buzovna qəsəbəsində dünyaya gəlmişdir. Yeniyetmə çağlarında İranın Ərdəbil, Zəncan və Qəzvin dini hövzələrində oxuyub. Ondan sonra Nəcəfi-Əşrəfə yola düşüb. Bu müqəddəs məkanda bir müddət elmi-mənəvi kamilliklərə sahib olduqdan sonra ali elmi məqamlara yetişir.
Axund Şeyx Əbasət ali elmi məqamlara çatdıqdan sonra öz doğma vətəninə qayıdır. Orada moizəə, təbliğ, dini maarifləndirmə və İslam elmlərinin tədrisi ilə məşğul olmağa başlayır. Buzovna qəsəbəsində "İmam Hüseyn (ə)" məscidində camaat namazı bərpa edir və xalqın dini işlərini səhmana salmaqla məşğul olur.
Bu böyük alim, 1907-ci ildə dünyadan köşmüşdür. Doğulduğu yerin, Buzovna qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur. Allah rəhmət eləsin!
Xeberman.com saytı olaraq Azərbaycanımızın böyük din alimlərini sizə tanıtdırmağa davam edəcəyik.