Foto Fakt

Xocalı faciəsindən 25 il keçir (FOTO)

23-02-2017, 00:46

YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərə start verilib.

İlk tədbir 20 fevral 2017-ci il tarixində Ağcabədi şəhər M.Əsədov adına 5 saylı tam orta məktəbdə keçirilmişdir.

Tədbirin iştirakçıları əvvəlcə məktəb şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olduqdan sonra Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktor əvəzi Fəridə Allahverdiyeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".O,bu günü mahiyətini şagirdlərin diqqətinə çatdıraraq,onları mübariz olmağa vətənin müdafiəsinə hər zaman hazır olmağa səsləmişdir.

YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı öz çıxışında qeyd etmişdir ki,dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu.Bu gün hər bir Azərbaycan vətəndaşının qarşısında duran ən vacib məsələ bu faciənin dünya miqyasinda tanıdılması prosesində iştirak etməkdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

Sonra tədbir məktəblilərin ifasında ədəbi-bədii kompazisiya ilə davam



Administratorla əlaqə

077 611-55-22

[email protected]