Əsas Səhifə / Layihə

Qan verərək, Xocalı qurbanlarının xatirəsini yad edək!

23-02-2017, 01:00


Xocalı faciəsinin 25-ci ildönümündə faciə qurbanlarının xatirəsi “Qanvermə Aksiyası” ilə yad ediləcək.

Aksiya “LAYF” Xeyriyyə İctimai Birliyi və Mərkəzi Qan Bankı ilə birlikdə təşkil olunacaq Toplanılacaq qanlar irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız bağışlanacaq.

Aksiya 26 fevral 2017-ci il tarixində saat 12:00-dan 18:00-a kimi Xocalı prospekti 37 ünvanında yerləşən Dəmirçi Plazada baş tutacaq.

Hər kəsi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün qanvermə aksiyasında iştirak etməyə və irsi qan xəstəlikləri daşıyan vətəndaşlarımızın daha sağlam həyat yaşamalarına dəstək olmağa çağırırıq.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan əsl soyqırımı aktını törətmişlər. Həmin gecə 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin-köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar.

Xocalı soyqırımı adı ilə anılan bu qanlı hadisə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Biz bugün Azərbaycan vətəndaşı kimi tariximizin bu qanlı səhifələrini sadəcə vərəqləməklə qalmamalı, onun hər epizodunu öz yaddaşımıza həkk etməli, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəmizi verməli və faciə zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini müəyyən tədbirlərlə yad etməliyik.

Hörmətlə,

“LAYF” Xeyriyyə İctimai Birliyi Donor xətti: (055) 310-90-78/71, email: [email protected]

Administratorla əlaqə

077 611-55-22

[email protected]