Gündəm

Xocalı faciəsi ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımın siyasətinin tərkib hissəsi, XX əsrin insanlığa sığmayan dəhşətli faciəsidir.

21-02-2015, 16:57
Xocalı faciəsi  ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımın  siyasətinin tərkib hissəsi, XX əsrin insanlığa sığmayan dəhşətli faciəsidir.

Xocalı faciəsinin baş verməsinin əsas səbəbi ermənistanın uydurma “Böyük Ermənistan dövləti” yaratmaq istiqamətində atdığı növbəti çirçin vandalizm aktıdır. Xocalı soyqırımının baş verməsinin əsas təqsirkarı isə Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı polkunun erməni separatçılarına dəstəyi və A.Mütəlibov simasında o zamankı respublika rəhbərliyinin laqeyidliyi olmuşdur. Belə ki, Xocalı icra başçısı olmuş Elman Məmmədov hələ 1991-ci ilin dekabrın 17-də A.Mütəlibova teleqram göndərərək, yaşayış məntəqələrimizin erməni və ruslar tərəfindən hücuma məruz qaldığını bildirmiş və strateji əhəmiyyətli Şuşanı əldə saxlanması üçün Xocalının müdafiəsi üçün zəruri tədbirlərin görülməsini xahiş etmişdi. Lakin heç bir kömək olmamışdı. Mühasirə halqası isə daralırdı. 1992-ci il yanvarIn 15-də Kəkçicahan işğal edildi, paytaxta həyəcan siqnalları çatdırıldı, heç bir kömək göstərilmədi. Fevralın 10-da isə Malıbəyli, Quşçular işğal olundu yenə də paytaxtdan heç bir kömək olmadı. Nəticədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 7 min əhalisi 105 nəfər müdafiəçısi olan Xocalı işğal edildi. Bununla ermənilər öz işğallarını Dağlıq Qarabağ ərazisindən çıxararaq Azərbaycanlıların yaşadığı ərazilərə keçirdilər. Belə bir faktı qeyd etmək yerinə düşərdi ki, Dağlıq Qarabağ ərazisi 4 min kv.km olsa da ermənilər 16 min kv. km. yəni 4 dəfə böyük ərazimizi işğal etdi.
Xocalı faciəsi zamanı ermənilər insanlığa sığmayan cinayətlər tötətdilər. 613 dinc əhali məhv edilmiş, 1275 nəfər əsr götürülmüş, 487 nəfər yaralanmış, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, 150 nəfər itkin düşmüşdür. Faciə qurbanlarında 106 nəfəri qadın, 70-i qoca, 56-sı uşaq idi. 59 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, gözləri çıxarılmış, başları əzilmş, alın dərisi soyulmuşdur. Xocalı faciəsi zamanı Cenevrə Konvensiyası ilə qadağan edilmiş 5,45 kalibrli güllələrdən istifadə olunmuşdu.
Xocalıda soydaşlarımız tərəfindən qəhrəmanlıq nümunələri də olmuşdur. Məsələn, Hava limanını qoruyan kapitan Əlfi Hacıyevin 22 nəfərlik dəstəsinin, uşaqları, qadınları, qocaları mühasirədən çıxaran zabit Tofiq Hüseynovun qəhrəmanlığı buna misal ola bilər. Xocalıda baş vermiş faciəni mərhum Çingiz Mustafayev lentə alınmış, ziyalılarımız Hidayət Orucov, Nəsiman Yaqublu, Həvva Məmmədov tərəfindən əsərlər yazılmış, Xoca filmi çəkilmişdir.
Xocalı hadisəsi ilə bağlı Ermənistan prezidentiS. Sarkisyanasual verildikdə o həyasızcasına demişdir: “Xocalı hadisəsinə kimi Azərbaycanlılar elə bilirdi ki, bizlə zarafat etmək olar, biz onlara əl qaldıra bilmərik.Lakin Xocalı hadisəsi ilə biz bu stereotipləri sındırdıq”.
Nyu-York Tayms qəzetinin qeyd etdiyi kimi Rusiya tərəfi bu prosesdə iştirak etdiyini inkar etsə də lakin, 1992-ci ilin martında “Kрасный Звезда” qəzetində dərc olunmuş məqalədə bunu etitaf etmişdi. 1992-ci ilin aprelin 1-nə olan hesablamara görə Xocalıya dəyən maddi ziyan 5 mld rubl olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunda Xocalı ilə bağlı 115 cildlik istinaq materialı toplanmış, 38 nəfərin günahı sübuta yetirilmişdir. 2012-ci ildə AMEA Tarix İnstitutu və Respublika Baş prokurorluğu tərəfindən Xocalı ilə bağlı Haaqa məhkəməsinə müraciət edilmişdir.
Ümummilli lider Heydər Əliyev bu faciəyə siyasi qiymət vermiş, 1994-cü il matın 1-də isə “Xocalı faciəsinin baş verdiyi 26 fevral tarixinin hər il milli hüzn günü kimi qeyd edilməsi haqqında” sərəncamı olmuşdur. 1993-cü il fevralın 18-də isə “Xocalı şəhid ailələrinə maddi yardım göstərilməsi haqqında” sərəncam imzalamışdır. Heydər Əliyev Xocalı faciəsinin 10 illiyi ilə əlaqədar azərbaycan xalqına müraciətində demişdir: “ Bu amansız qəddar soyqırım aktı insanlıq tarixinə daxil olmuş ən dəhşətli, kütləvi terror aktıdır”.
Hazırda Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı İlham Əliyevin, Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın, Azərbaycanın xaricdəki diaspor təşkilatlarının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ölkə başçısı İlham Əliyev Xocalı faciəsini 20-ci ildönümü ilə əlaqədar 2012-ci ildə imzaladığı sərəncamında demişdir: “Azərbaycanlılara qarşı XIX-XX əsrdə ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi Xocalı soyqırımı insanlıq əleyhinə yönəlmiş ağır cinayət kimi beynəlxalq miqyasda öz hüquqi və siyasi qiymətini almalıdır”. Ölkə başçısının sərəncamı ilə Xocalı faciəsi ilə bağlı abidə ucaldılmış, 2014-cü il 12 fevral sərəncamı ilə Xocalı faciəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 1 mln. manat vəsait ayrılmışdır.
Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın, “Xocalıya ədalət” kompaniyası çərçivəsində Azərbaycanın xaricdəki diaspor təşkilatının fəaliyyəti də uğurlu olmuşdur. Məhz bu fəaliyyətin nəticəsidir ki, ABŞ-ın 17 ştatı, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Peru, Bosniya-Hersoqvina Xocalı faciəsini soyqırım kimi tanımış, ABŞ-da Azərbaycani müdafiə edən konqresmenlərin sayı 72-yə çatmışdır. Təkcə 2014-cü ildə Nyu-York metrosunu 34 stansiyasında Xocalı faciəsi ilə bağlı materiallar yerləşdirilmiş, Misir telekanalında Xocalı ilə bağlı “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmiş, 2015-ci ildə İrlandiyada “Xocalı faciəsi ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı olmuşdur. Almaniyada, Fransada, Hollandiyada, Lüksemburqda, İsveçdə diaspor təşkilatlarımızın xətti ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Göründüyü kimi Xocalı faciəsi ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım siyasətinin tərkib hissəsi olaraq insanığa zidd vandalizm aktı, Beynəlxalq Humanitar hüquqa zidd soyqırım cinayətdir. Ölkə rəhbərliyinin qeyd etdiyi kimi ermənilər nə qədər tez öz ginayətlərindən əl çəksələr regionda sabitlik yaranar və ermənistan nəhəng layihələrə qoşula bilər ki, bu da regionun və həmin ölkə xalqının iqtisadı, sosial vəziyyətinin yüksəlməsinə səbəb olar.
Fərman Cabbarov

Administratorla əlaqə

077 611-55-22

[email protected]