Əsas Səhifə / Layihə

"Gənc Liderlər Heydər Əliyev Yolunda" Xocalı ilə bağlı tədbir keçirib

22-02-2016, 21:56

"Gənc Liderlər Heydər Əliyev Yolunda" Xocalı ilə bağlı tədbir keçirib
"Gənc Liderlər Heydər Əliyev Yolunda" Facebook dəstək kampaniyası Xocalı soyqırımının 24 il – XOCALI BUGÜNKÜ GƏNCLİYİN GÖZÜ İLƏ tədbiri təşkil ediblər. SİA xəbər verir ki, tədbirin məqsədi "Xocalıya Ədalət" kampaniyasına dəstək vermək, dünyanın diqqətini bir daha Xocalı soyqırımına yönəltmək olub. "Gəncliyin Sosial-İqtisadi İnkişafina Yardım ” İctimai Birliyi, ” Bakı Fotoqrafiya Məktəbi ” və ” Gənc Liderlər Heydər Əliyev Yolunda ” dəstək kompaniyası olaraq ” XOCALIYA ƏDALƏT ” kompaniyasının çərcivəsində ” XOCALI BUGÜNKÜ GƏNCLİYİN GÖZÜ İLƏ ” şeir,hekayə, foto və rəsm şəkillərindən ibarət müsabiqənin nəticələri elan olundu. Seçilən şeir, hekayə, foto və rəsm mükafatlandırıldı. Seçilənlər: hekayələr- Günay İmanova Rəfiqə Vəfadarova Şəfa Abdulla; şeir- Məryəm Quliyeva; foto- Rasim Abdülrəhman.

Tədbirdə bir sıra qonaqlar iştirak ediblər. İctimaiyyət nümayəndələri, Gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri "Gənc Liderlər Heydər Əliyev Yolunda” Facebook dəstək kompaniyasının layihə rəhbəri Müslümov Nicat, Gəncliyin Sosial-İqtisadi İnkişafina Yardım ” İctimai Birliyin sədri Zülfiyyə Nuriyeva ” Bakı Fotoqrafiya Məktəbi ” rəhbəri Rüfət Əliyev Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər. Bildirilib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirilib. Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan edib. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Bildirilib ki, əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq. Natiqlər eyni zamanda, bəyan ediblər ki, bu cür maarifləndirmə tədbirləri Heydər Əliyev Fondunun vitse-preziden Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya Ədalət” kampaniyasının tərkib hissəsidir."Gənc Liderlər Heydər Əliyev Yolunda" Xocalı ilə bağlı tədbir keçirib

Administratorla əlaqə

077 611-55-22

[email protected]