İslam

Quran sədaları altında donan Zəmzəm suyu məscid forması alır- Möcüzə (VİDEO)

27-08-2016, 14:06
Quran sədaları altında donan Zəmzəm suyu məscid forması alır- Möcüzə (VİDEO)
Su üzərində cürbəcür  ağlagəlməz tədqiqatlar aparan yaponiyalı alim Masura Emoto  oxşar eksperimentləri Zəmzəm suyu üzərində təkrar edərək gözlənilməz nəticələr alıb.  

Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, alim ilk dəfə  Məkkə suyunun sirlərini  elmi əsaslarla açıqlayıb.  Təcrübə zamanı Zəmzəmin  səslərə son dərəcə həssas olduğu aşkarlanıb. Tədqiqatçı müxtəlif səs dalğalarının, o cümlədən musiqi, insan səsi və oxunan Quran ayələrinin bu möcüzəli suya təsirlərini araşdırıb.  


Su zəng səsi ilə qaralır, azan və Qurani-Kərim ayələri  oxunduqda isə şəffaflaşır. Daha maraqlısı isə səs dalğalarını qəbul etdikdən sonra Zəmzəmin  dondurulması zamanı baş verib. Donmuş su cürbəcür formalar almağa başlayıb. Əsl möcüzə də elə bu zaman görünüb. Azan və Quran ayələri səslərinin təsirinə məruz qaldıqdan sonra donan Zəmzəm suyu Məkkədəki müqəddəs Kəbənin yerləşdiyi Məscidül-Həramın quş uçuşu yüksəkiyindən görünən formasını almağa başlayıb.  


Bundan əlavə, Masura Emoto müqəddəsi suyun digər sirli xüsusiyyətlərini açıqlayıb: "...Zəmzəm suyu həm fiziki, həm də kimyəvi xassələrinə görə yer üzündəki bütün sulardan fərqlidir. Zəmzəm  ətrafında baş verən bütün dəyişiklikləri yaddaşda saxlayır. Bu suyun quruluşu çox fərqlidir. 4 min ildir ki, su nə azalır, nə çirklənir, nə də yosunlaşır...” 


Qeyd edək ki, Zəmzəm  mübarək bir sudur. Kəbə evinin yaxınlığından savayı, başqa bir yerdə çıxmır. Muhəmməd peyğəmbər özü (s. a. v.) bu sudan içib və içilməyini məsləhət görüb. Həcc və Ümrə ziyarətlərinə gedib-gələnlərin  gətirdikləri ən qiymətli hədiyyələr arasında birinci yeri Zəmzəm suyu tutur. Hər il Həccə gedən milyonlarla müsəlman bu sudan içir. İnsanlar Zəmzəm içdikdən 35 dəqiqə sonra özlərində rahatlıq tapırlar. 

Sultan Laçın, moderator.az

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]