İslam
Hər ailədə olması gərəkən Quran jurnalı - Əbədi Nur jurnalı.
26-04-2016, 23:20
"Əbədi-Nur" Jurnalı
Hər ailəd olması lazım olan bir Quran jurnalı. Əbədi Nir jurnalı Quran müsabiqələrində qaliblərə gözəl bir hədiyyə ola bilər. Dostlarınıza, Quranla ünsü və əlaqəsi olan şəxslərə ən dəyərli bir hədiyyə ola bilər.
"Əbədi-nur" jurnalı 2006-cı ildən fəaliyyətə başlayıb. Jurnalın məqsədi Qurani-kərimin maarifini, əhatə dairəsini, üstünlüyünü və ümumilikdə bu ilahi kəlamın insanların ictimai və fərdi həyatında əksolunmaz rolunu bəyan etməkdir. Xoşbəxtlik və kamal yollarının yalnız bu ilahi kitabdan qaynaqlanmasını göstərməkdir. Bu günə qədər altı sayı işıq üzü görmüşdür. Qeyd etmək lazımdır ki, bu jurnal Azərbaycan Respublikasında ilk Quran jurnalı olmuşdur. "Əbədi nur" jurnalı demək olar ki, dövlətin mühüm kitab və ticarət obyektlərində, yayım şirkətlərində müqavilə əsasında yayılmaqdadır.
Jurnalın oxucuları elmi cəhətdən orta səviyyədə olanlardır. Çünki 70 ildən artıq Sovetin ateist rejimi müsəlman xalqını öz müqəddəs kitablarından uzaqlaşdırmış, müqəddəs dini müxtəlif təbliğat vasitələrilə ümumxalqın gözündə mənfur bir din kimi ünvanlamışdır. Bu rejimdən sonra da İslam elmi sahəsində yaranan boşluq, dini rəhbərlərin olmaması, köhnə təfəkkürlərin hələ də zehinlərdə hakim kəsilməsi müsəlmanları Qurandan qafil etmişdir.
Odur ki, belə bir şəraitdə bizim birinci vəzifəmiz əksəriyyəti nəzərə alaraq əvvəlcə onların dini baxışlarını islah etmək və sonra addım-addım onların nəzərlərini Qurana tərəf yönəltmək və kamilləşdirməkdir. Bu üslub Qurani-kərimin insanları maarifləndirilməsində olan üslubudur.
Qeyd etmək lazımdır ki, "Əbədi nur" jurnalı ümumi camaatın, xüsusilə də ictimaiyyətdə çalışan elmi şəxslərin diqqətini özünə cəlb etmişdir.
Jurnal 2007-ci ildə Tehranda keçirilən 5-ci seminarda mükafatlandırılmışdır. Həmçinin, 2009-cu il aprelin 30-da jurnal Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media mükafatı laureatı tərəfindən diplom almışdır.
"Əbədi-nur" jurnalının elmi heyəti yeni layihələr və nailiyyətlər ümüdi ilə ixlasla bu jurnalın inkişafı istiqamətində çalışmaqdadırlar.

Əldə etmək üçün: Kitab mağazalarından soruşun.
Ünvan: Bakı-Xəzər dairəsi, Gəncə prosoekti 57.
Telefon: 012 379 36 30
İnternete ünvanı: https://ebedinur.info/index.php