Dünya

Amerikalı Anna Maydin necə müsəlman olmasından danışdı

5-05-2016, 13:24
Amerikalı Anna Maydinin müsəlman olması.
Eastnews.org-un verdiyi xəbərə görə, islamı qəbul etmiş amerikalı Anna Maydinin (Anna Maidi) yeni həyatı Bluminqton şəhərinin kafelərindən birində 19 yaşlı bir cavanı görməsi ilə başlayıb. Annanın o zaman 18 yaşı var idi və İndiana universitetinin birinci kursunda oxuyurdu. Məlum 11 sentyabr hadisəsindən sonra Amerikada müsəlmanlar əleyhinə yeni hücum dalğalarının çoxalmasına baxmayaraq Şaban Annada İslam dini barədə gözəl təsir qoymağı bacarmışdı. Dindar olmayan və təkcə Allaha inanmaq həddində inanclı birisi olan Anna deyir: "Şabanın möhkəm dindar olması məni təsirləndirdi və gördüm ki, o öz dini və Quranı haqqında qeyri-adi bir hissə malikdir. Buna görə mən də Quranı öyrənməyə və oxumağa başladım. 2009-cu ildə Fransada ixtisas təlim və təcrübə kurslarında olarkən Quranı oxuyub qurtara bildim. Həqiqəti dərk etdim və kursun axırıncı həftəsində artıq İslam dinini qəbul etdim. Qayıdandan sonra bir müddət Allahla təkliyə qapandım. Bunu hətta Şabandan da gizli saxladım... Bir müddət sonra isə Şabanla ailə həyatı qurdum. İndi bir 3 yaşlı və digəri 1 yaş 8 aylıq olan iki övladımız var.
İndi dünyanı daha gözəl görürəm, daha çox gözəllik görürəm və hiss edirəm ki, həmişəkindən daha çox özüməm. Özümdə əsas dəyişikliyi hicabımda görürəm və həmişə hicab haqqında düşünürəm. Hicabsız gəzdiyim zaman hər şey adi idi, amma indi ətrafdan ağır və bəzən də niftərli baxışlar üzərimdə hiss edirəm.
Mən indi Quran oxuyuram, ibadətlərimi yerinə yetirirəm, "hicab xatirələri" adlı bloqum var, insanlara İslam haqqında doğru anlayış vermək üçün müxtəlif proqramlar icra edirəm, Bluminqtun İslam Mərkəzinin qadınlar komitəsinin rəisiyəm. Allah şükür edirəm ki, həyatımda Şabanla rastlaşdım və həyatım dəyişdi". Mənbə: https://eastnews.org/news/1405

Administratorla əlaqə

077 611-55-22

[email protected]