İslam

Dünya alimlərinin Quran barəsində söylədikləri

30-04-2016, 23:42

 Xeberman.com Dünya məhşurlarının müqəddəs kitabımız olan Qurani-Kərim barədə dediklərini sizin üçün topladı. 

 

1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: "Əgər Quran xürafat olsaydı, Allah tərəfindən göndərilmiş olmaz və heç vaxt bəşəriyyəti elmə və düşüncəyə dəvət etməyə cürət edə bilməzdi. Heç bir düşüncə Məhəmmədin Quranı qədər insanı elmə dəvət etməmişdir.”


2. Ernest Renan, tanınmış fransalı filosof yazır: "Mənim kitabxanamda siyasi, ictimai, ədəbi və.s. müxtəlif mövzularda minlərlə kitab var və onların hər birini bir dəfədən artıq oxumamışam. Amma bir kitab vardır ki, həmişə mənim munisimdir, hər dəfə nədənsə sıxıldıqda və ya mənəviyyat, kamal qapılarının üzümə açılmasını istədikdə, o kitabı oxuyuram və o kitab Quran – müsəlmanların səmavi kitabıdır.”


3. Mahatma Gandhi, Hindistanın mərhum liderı yazırdı:"Quran elmlərini öyrənməklə, ictimai mövqeyindən asılı olmayaraq hər bir şəxs vəhyin sirlərini, dinin hikmət və fəlsəfəsini dərk edə bilər. Quranda insanların din və məzhəblərini dəyişmələrinə dair heç bir məcburiyyət görülməmişdir, əksinə olaraq Quran aşkarcasına elan edir: "Dində (İslamda) hər hansı bir zorakılıq və icbar yoxdur.”


4. Vil Dyurant, amerikalı şərqşünas alim yazır: "Quranda qanunla əxlaq ayrılmazdır. Quran baxımından dini davranışlar dünyəvi davranışları da əhatə edir. Bütün bunlar Allah tərəfindən vəhy vasitəsi ilə göndərilmişdir. Quran, hər hansı bir adət-ənənəyə tabe olmayan azad və ən sadə insanların belə asanlıqla dərk edə biləcəkləri ideologiyanı vücuda gətirir.”

Dünya alimlərinin Quran barəsində söylədikləri

Administratorla əlaqə

077 611-55-22

[email protected]