İslam

Putindən Qurani-kərimlə bağlı təqdirəlayiq addım

14-10-2015, 23:01
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına İncil və Quranım nəzmunları və oradakı ayələrin ekstremist materialların sayılmasının qadağan edilməsi haqda qanun layihəsi təqdim edib. Musavat.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
“İncil, Quran, onların mətnləri və oradakı ayələr ekstremist materiallar kimi tanına bilməz”, - deyə qanun layihəsində qeyd edilir.

Bundan qabaq Kilsə və cəmiyyətlə qarşılıqlı münasibətlər şöbəsinin regional əlaqələr xidmətinin rəhbəri, diakon Andrey Tituşkin müqəddəs mətnlərin ekstremist sayılmasınln tamamən qadağan olunmasının vacibliyini bildirmişdi.

Xatırladaq ki, bu il sentyabrın ortalarında Cənubi Saxalin Qurandan olan bəzi ayələri ekstremist sayan qərar çıxarmışdı.

Musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]