Foto Fakt / İslam

Dünyada mövcud olan 5 ən qədim əlyazma Quran – FOTO

9-08-2016, 21:12

Dünyada mövcud olan 5 ən qədim əlyazma Quran mövcuddur ki, onların tarixi hicri tarixinin lap əvvəlki illərinə gedir çatır.

 

Xeberman.com  maide.az-a istinadla həmin tarixi əlyazma Quranları təqdim edir:

1.  Yəmənin Əd-Dali  şəhərindən tapılan  Quran nüsxəsi

Bu əlyazma Quran nüsxəsi Yəmənin Əd-Dali şəhərinin dağlarının birində gənc bir oğlan tərəfindən mağaradan tapılıb.  Bu əlyazmanın tarixi 200-cü hicri qəməri ilinə çatır, təqribən 1236 il bundan öncənin Quran nüsxəsidir.

Bu əlyazma Quranın birinci səhifəsində qeyd olunub ki, 200-ci hicri qəməri ilində yazılıb.  Bu onu göstərir ki, bu əlyazma Quran indiyədək tapılan ən qədim əlyazma Quran nüsxəsidir.

2. Almaniyanın "Baden-Wuerttemberg" əyalət muzeyində saxlanılan Quran nüsxəsi

Almaniyanın "Baden-Vürtemberq” əyalətində tapılan bu əlyazma Quran nüsxəsi VII əsrə aiddir. BU əyalətin mərkəzi kitabxanasında saxlanılır.

Bu kitabxana 1864-cü ildə Almaniyalı bir diplomatın şəxsi kitablarını aldı və alınan kitabların içərisində bu qədim əlyazma Quran da var idi. Bu Quran nüsxəsinin 1366 il tarixi var.

3. Taylandda saxlanılan və  "Əndəlus" nüsxəsi kimi tanınan Quran

Əndəlus nüsxəsi kimi tanınan bu qədim əlyazma Quran Taylandın cənubunda yerləşən Narathiwat əyalətində saxlanılır.

Bu əlyazma 732-ci miladi ilində Əndəlusun tanınmış sərkərdələrindən olan Əbdürrəhman Əl-Ğafiqiyə məxsusdur.

4.  Yəmənin Came məscidində tapılan əlyazma Quran

Bu əlyazma Quran Yəmənin paytaxtı Səna şəhərinin came məscidinə məxsus Quran nüsxəsi kimi tanınır.

Sel nəticəsində məscid dağıldıqdan sonra təmir edilərkən tapılıb. Bu Quran nüsxəsinin 1344 illik tarixi var.

5. İngiltərənin Birmingem Universitetində tapılan əlyazma Quran

Bu əlyazma Quranın 1370 illik tarixi var və son vaxtlar İngiltərənin Birmingem Universitetinin kitabxanasında kəşf olunub.

Əlyazmalar üzrə ekspertlər bildirir ki, bu əlyazma Quran Peyğəmbərin (s) səhabələrinin birinə məxsusdur.

Bu əlyazmada Quranın 18-dən 20-ci surələrinə kimi olan hissəsi mövcuddur ki, hicaz əlyazması ilə (ərəb xəttatlığın ən qədim nümunəsi) yazılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]