İslam
Ayətullah Xamenei: "Quran zəmanəyə uyğun dildə təbliğ edilməlidir"
10-06-2016, 23:59
Xeberman.com İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei, Quranın zəmanəyə uyğun dillə təbliğ olunmasının zəruriliyinə toxunaraq deyib: "Bunun həqiqətən də təsiri fərqli olacaq və bəşəriyyətin inkişafının müqəddiməsi olacaqdır. Çünkü izzət, qüdrət, maddi və mənəvi rifah, düçüncə və ideoloji baxımdan irəliləyiş, rahatlıq və xoşbəxtlik Qurana əməl olunmasına bağlıdır. Quranın sözlərinin cəzbi və gözəlliyi olsa da, hədəf Quranın bərəkətli və uca mənasına çatmaqdır. Əgər bu məna və məfhumlara qəlb ilə qulaq asılsa qarışıq, tufanlı və problemlə dolu olan dünyamızda ciddi təsir qoyacaqdır. Əhli-beytə şad və qəmli məclislər təşkil olunduğu kimi, Quran məclisləri də genişləndirilməlidir. Belə olan halda qüdrətlər və onların silahları, eləcə də sionist rejimi də heç bir qələt edə bilməyəcəkdir.”