Gündəm

36 saylı TSEK-dən inanılmaz saxtakarlıq - Foto sübut

20-07-2016, 15:06
 
 
XƏSTƏ OLMASANDA ƏLİN CİBİNDƏ OLSUN 
 
 
36 saylı TSEK-dən inanılmaz saxtakarlıq - Foto sübut
 

Bu gün ölkə ərazisində fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu xüsusda TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Bundan ələvaə TSEK rəhbərləri saxta qrup təyinatlarıda verirlər. Belə hallar getdikcə artmaqdadır. 
 
 
 
 
 

 
Sizə məlumat vermək istədiyim Kəlbəcər rayon sakini, Kəlbəcər Mədəniyyət və Turizm idarəsinin kitabxana müdiri vəzifəsində işləyən Bəxtiyarova Nüşabə Qərib qızının 36 saylı TSEK-də qanunsuz 2-ci qrup əlilliyə çıxmasıdır. TESK sənədində göstərilir ki, Bəxtiyarova Nüşabə Qərib qızı 04.11.2015-ci il tarixdə Ucar rayon 36 saylı TSEK-də qanunsuz 2-ci qrupalaraq təqaüdə çıxıb. Sənədlərdə görsəndiyi kimi, Bəxtiyarova Nüşabə guya "tənəffüs sisteminin xroniki xəstəlikləri, 2-ci dərəcə tənəffüs çatışmamazlığı" xəstəliyindən əziyyət çəkir. Əslində isə bu belə deyil. 
 
XEBERMAN.com-a daxil olmuş məlumata əsasən Bəxtiyarova Nüşabə Bakı şəhərində Xırdalan qəsəbəsində  məskunlaşıb, Kəlbəcər rayon vətəndaşıdır. Bəs onda görəsən bu necə Ağdaş və yaxud Ucar rayonunda yaşayır? Buna kim və necə yaşayış yeri barədə arayış verib. Əslində bu məsələləri araşdırmalarımız davam edir. 
 
Növbəti sayımızda Bəxtiyarova Nüşabənin hansı xəstəxanada saxta yollarla yatması, oradan sənəd alması və necə işləməsi barədə ətraflı məlumat verəcəyik. 
 Faktla bağlı aidiyyatı qrumlara məlumat vermişik. 
 
 
36 saylı TSEK-dən inanılmaz saxtakarlıq - Foto sübut

Administratorla əlaqə

077 611-55-22

[email protected]