Əsas Səhifə / İqtisadiyyat

Yardımlıda 31 saylı TSEK öz qanunları ilə işləyir - Burda Azərbaycan qanunlarına yer yoxdur -ŞİKAYƏT

20-01-2016, 10:01
Şikayət edən Yardımlı sakini 31 saylı TSEK-dən şikayət edir. Şikayətçi yazır:
"Salam adım Sever Yardımlı rayonundna yaziram. Yardımlı rayonun 31 saylı TSEK-də ozbasinalq bas alib gedir. Nazirlər Kabinetinin 06.01 2016-ci il 413 nörəli qərarina əsasən Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi əsəsnaməsinə edilən dəyişikiyə görə əlill insanlar 1 ildən bir yox 5 ildən bir, 3 ildən bir isə usağlar kecməlidir. Lakin 31 saylı TSEK üzvü Verdiyev Ramin Vaqif oğlu vətəndaşları aldadır. Komisiyadan kecən əlilləri öz otağına çağıraraq hərəsindən 200 manat alır. Pulu alandan sonra o biri otağa keçərək 10 dəqədən sonra çıxaraq deyir ki, "siz komisiyadan keçdiniz." Ona inanan vətəndaşlar həqiqətəndə elə bilir ki bu belədir." 
Şikayətçi sonra şikayətində Teref. info-ya yazır
"Həmcinin uşaq Komisiyasinin üzvü Mirəbülfəz Məmmədovda vətəndaşları komisiyaya çağıraraq onlarin komisiya vaxti olmasi bareədə yalandan məlumat verir. O da vətəndaşlardan 150 manat alaraq o biri otağa keçir və 10 dəqiqədən sonra qayıdıb uşağın komisiyadan keçdiyini elan edir. 
Şikayətçi Teref.infoya ünvanladı şikayət məktubunda Sosial Müdafiə Naziri Səlim Müslümova sual verir:
" Cənab Səlim Müslümov işçilərin vətəndaşların məlumatsızlığından istifadə edərək niyə onları aldadır. Ramin Verdiyev və Mirəbülfəz Məmmədov dekabrın 20-sindən bu günə kimi minlərlə vətəndaşı aldadaraq onlardan küllü miqdarda dələduzluq yolu ilə pul alaraq mənimsəmişdirlər. Cənab Səlim Müslümov vətənimizin bu ağır gümlərində Ramin Müslümovla Mirəbülfəz Müslümovun yerli əhalinin başına açdıqları bu oyuna nə ad vermək olar? 
İndi isə bizə maraqlıdır görəsən Nazirliyin əsasnaməsi düz işləyir ya Ramin Müslümovla Mirəbülfəz Müslümovun bu "əlillik əməliyatları""
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!xalqxeber.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]