Ölkə

Səlim Müslümovun etimadını doğrutmayan 35 saylı TSEK-in sədri

6-06-2016, 21:21

Səlim Müslümovun etimadını doğrutmayan 35 saylı TSEK-in sədriKomissiya sədri qeyri-qanuni işlərdən əldə etdiyi gəlirlə müxalifəti maliyyələşdirir?

 

Təəssüf ki, bir sıra səbəblər üzündən bu gün ölkəmizdə həqiqətən əlil olan bəzi şəxslər əlillik vəsiqəsi ala bilmir. Çünki ayrı-ayrı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) tərəfindən əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. Həmin səbəbdən belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir.

Bu məsələyə yenidən baxılmalı, müvafiq addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Sadaladığımız bütün problemlərin kökündə bir məsələ dayanır – bəzi Tibbi-Sosial Ekspert Komissiyaları sədrlərinin subyektiv maraqları. Serhed.info qeyd edir ki, Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində yer alması əhalinin sosial müdafiəsi sahəsində artıq çoxdan gözlənilən mütərəqqi islahatların həyata keçirilməsində ilk addım kimi qiymətləndirilir. Etiraf etmək lazımdır ki, Səlim Müslümovun nazirliyə gəlişindən sonra bu sahədə xeyli iş görülüb, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən şəxslər işdən kənarlaşdırılıb. Cənab generalın bu sahədə atdığı addımları alqışlayır və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Səlim Müslümov hər birimizin arzusu olan rüşvətsiz sistem yaratmağı qarşısına məqsəd qoyub. O bu istiqamətdə böyük addımlar atıb. Səlim Müslümov həqiqətən də, "rüşvətə yox" deyir. Buna görə də heç bir TSEK sədri, yaxud mərkəz direktoru deyə bilməz ki, mən Səlim Müslümova ayda filan qədər pul verirəm. Biz inanırıq ki, Səlim müəllim cənab prezidentin ona tapşırdığı işlərin öhdəsindən uğurla gəlib, dövlətin büdcəsinə ziyan vuran şəxsləri ciddi şəkildə cəzalandıracaq. Aparılan müşahidələr göstərir ki, bu sahədə daha ciddi islahatlar zəruridir. Xüsusilə son vaxtlar bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının nöqsanlı fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bəyan etdi ki, daha əvvəlki qaydalarla işləməyəcəklər və xeyli yeniliklər olacaq. Buna baxmayaraq, bəzi TSEK-lərdə nöqsanlar durmadan artır. Əldə etdiyimiz məlumatlara görə, 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Füzuli Bağırov ona tapşırılan işlərin öhdəsindən lazımi səviyyədə gələ bilmir: "35 saylı Tibbi-Sosial Ekspert Komissiyası Salyan və Neftçala rayonlarının əhalisinə xidmət göstərir. Füzuli Bağırov komissiyaya sədr keçiləndən sonra vəziyyət tamamilə pisləşib. Belə ki, sözügedən rayonların sakinləri əlillik dərəcəsi almaqda böyük çətinlik çəkirlər. Əlillik qrupu almaq istəyən insanlar mütləq Füzuli Bağırovun "tələb"lərini yerinə yetirməlidir. Başqa sözlə desək, dərəcələrdən asılı olaraq, əlil insanlar TSEK sədrinə 1500, yaxud 3000 dəfə "sağ ol" deməlidir. Bunu etməyənlər heç bir halda əlillik dərəcəsi ala bilmirlər. Komissiya sədri vətəndaşları süründürməçiliyə məruz qoyur, get-gələ salır. Sədrin qazancı daha çox təkrar müayinələrdəndir. Əlillik qrupunu dəyişmək istəyən şəxslər komissiya rəhbərinə xüsusi olaraq hörmət etməlidirlər. Bu işlərdə ona həyat yoldaşı Sevinc xanım yaxından köməklik göstərir. Belə ki, Sevinc xanım Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevropatoloq işləyir. O bura müraciət edən və əlillik dərəcəsi almaq arzusunda olan pasiyentləri həyat yoldaşının rəhbəri olduğu komissiyaya istiqamətləndirir. Füzuli Bağırov əlillik dərəcələrinin verilməsi üçün tələb olunan sənədləri topa halında imzalayır. Həyat yoldaşı sənədləri yığıb ona göndərir, o da imza atır. Yəni vətəndaşların komissiyaya getməsinə ehtiyac qalmır". Etibarlı mənbə 35 saylı TSEK-in sədri ilə bağlı maraqlı iddia da səsləndirdi. Onun sözlərinə görə, Füzuli Bağırov bölgədə hamı tərəfindən qatı müxalifətçi kimi tanınır: "Onun son prezident seçkilərində canfəşanlıqla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ilə görüşləri və təşviqat tədbirlərinə qatılmasını bilməyən yox idi. TSEK sədri vəzifəyə gəlməmişdən əvvəl deyilənə görə, iqtidar düşərgəsinin əleyhinə olduqca kəskin fikirlər səsləndirib. Salyanda, Neftçalada hamı onu radikal müxalifətçi kimi tanıyır. Vəzifəyə gələnə qədər müxalifət partiyalarından birinin üzvü olub. Komissiya sədri təyin ediləndən sonra isə Yeni Azərbaycan Partiyasının sıralarına qoşulub. O YAP-ın üzvü olsa da, hələ də əvvəlki partiyasının- Müsavatın fəallaşması, güclənməsi üçün çalışır və bu işdə partiya rəhbərliyinə yaxından köməklik göstərir. Füzuli Bağırov İsa Qəmbərin yolu ilə gedir. Amma o bilmir ki, İsa Qəmbərin hakimiyyətdə olduğu dövrlə indiki dövr eyni deyil. İsa Qəmbər və hazırda müxalifətdə olan digər şəxslər vaxtilə iqtidarda olanda ölkəni xaosa sürükləmişdilər. Füzuli Bağırov bilməlidir ki, artıq o dövrlər keçmişdə qalıb.

Azərbaycanımız İlham Əliyevin rəhbərliyi altında son illər ciddi uğurlara imza atıb. İsa Qəmbər, Əli Kərimli və müxalifət düşərgəsində yer alan digərləri isə hər gün ifşa olunurlar. Bu insanlar xarici qüvvələrin əlində alətə çevriliblər. 35 saylı TSEK-in sədri bütün bunlara baxmayaraq, müxalifətdən üz döndərmədiyi deyilir. Əksinə onların yanında olduğu hiss edilir. Füzuli müəllim, artıq müxalifət düşərgəsində deyilsiniz, iqtidar komandasında təmsil olunursunuz. İqtidarın çörəyini yeyib, müxalifətə xidmət edənlər heç vaxt bağışlanmır".

Etibarlı mənbənin dediyinə görə, adıçəkilən şəxs 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasını öz bildiyi kimi idarə edir: "Füzuli müəllim vəzifəyə gələr-gəlməz Nuriyeva Pərvanə Maqsud qızı, Cəfərova Səfurə Nuşirəvan qızı, Quliyeva Pərvanə Mirzə qızı, Məhərrəmova Yaqut Həsən qızı, Hüseynli Gülşən Simon qızı, Hüseynov Rövşən Cavad oğlu və Ağayeva Sənubər Babaş qızına ilkin əlillik təyin etdi. Bu onu göstərir ki, Füzuli Bağırov öz şəxsi mənafeyini qanunlardan, həmçinin tabe olduğu nazirliyin mövqeyindən üstün tutaraq saxtakarlıqla məşğuldur. Deyilən məsələlər TSEK sədrinin həyata keçirdiyi özbaşınalıqların hələ cüzi hissəsidir. Neftçala və Salyan rayonundan olan bəzi vətəndaşlar komissiya sədrini görərək qanunsuz yollarla təkrar əlillik dərəcəsi alıblar. Füzuli Bağırovun nəyinsə əvəzində təkrar əlillik dərəcəsi verdiyi şəxslərin siyahısını növbəti yazılarımızda sizə təqdim edəcəyik.

Xatırladaq ki, məqalədəki faktlar KİV-dən götürülüb.

Qarşı tərəfin də cavab haqqırnı tanıyırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]