İslam

Azərbaycanlı din alimi Mirzə Baqir İrəvani

11-06-2016, 15:19
Zəmanəsinin görkəmli alimlərindən biri olan Mirzə Baqir İrəvani Nəcəfi-Əşrəfin məşhur əxlaq ustadlarından biri olmuşdur. O, təqva və zahidlikdə misilsiz idi. Çox az adam özünü onunla bir tutardı. Öz təhsilini Nəcəfi Əşrəfdə başa vurub.Təhsil müddətində məşhur alimlərdən, o cümlədən Mövla Məhəmməd Həsən Mamağani və mərhum şəhid Ayətullah Şeyx Əbdülqəni Badkubeyidən gözəl bəhrələnib. O, Nəcəf şəhərində müəllimlik kürsüsündə, əyləşərək tədrislə məşğul olub. Bununla da, çoxlu şagirdlər tərbiyə etmişdir. Onlardan biri kimi Ayətullahul-uzma Seyyid Şəhabuddin, Mərəşi Nəcəfinin adını qeyd etmək olar. Tələbələr dərs almaqdan əlavə ondan mənəvi nümunə kimi də istifadə edirdilər.Alimin çoxlu əlyazması olub. Onlardan aşağıdakıları qeyd etmək olar:
1."Şərhi kitabi sərxab dərr rəml."
2.Şərhi kitabi cəfri Məhəmməd Qasim Hinduşah."
Kitabların adlarından məlum olur ki, mərhum İrəvaninin rəsmi İslam elmlərindən əlavə cəbr və hesab kimi dəqiq elmlərlə də agahlığı olub. 1921-ci ildə (1339-cu hicri ili) dünyasın dəyişir və Nəcəfi-Əşrəfin "Badius-səlam" qəbiristanlığında dəfn olunur.

Qeyd: Bu məlumat Faiq Vəlioğlunun "Azərbaycanın görkəmli İslam alimləri" kitabından götürülmüşdür.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]