Ölkə

Yazışmalar izlənilir – Keçmiş MTN polkovniki

20-05-2016, 18:53
"WhatsApp”, "Facebook” və digər bu tipli məşhur sosial şəbəkələrin təhlükəsizlik mexanizmləri ciddi tənzimlənir. Bu barədə adı çəkilən sosial şəbəkələrin idarə edildiyi şirkətlər tərəfindən də dəfələrlə açıqlamalar verilib. Yəni istifadəçilər arasında olan yazışmaların, görüntülü danışıqların təhlükəsizliyinin tam təmin olunduğuna şirkətlər tərəfindən zəmanət verilir. Amma reallıq ondan ibarətdir ki, bir çox ölkələrin xüsusi xidmət orqanları bu cür danışıqları izləyirlər və texniki imkanları da buna yol verir. Azərbaycanda da bu tip sosial şəbəkələrin izlənildiyi və telefon danışıqlarına nəzarət edildiyi haqda fikirlər dəfələrlə səsləndirilib.
Bəs görəsən Azərbaycanda bu tip sosial şəbəkələrin izlənmə mexanizmləri necə həyata keçirilir? Ümumiyyətlə ölkə qanunvericiliyində bu məsələ necə tənzimlənir?
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq İlham İsmayıl islaminsesi.org-a bildirib ki, sosial şəbəkələrin izlənilməsi mümkündür, lakin xüsusi xidmət orqanlarında işləmədiyi üçün müasir texnologiyanın istifadə mexanizmlərindən xəbərsizdir: " Fakt ondan ibarətdir ki, Facebook sosial şəbəkəsi izlənilir. Mexanizm demək olar ki, bir çox ölkələrdə bu cürdür. Facebookdakı statuslarına görə xüsusi xidmət orqanlarına çağırılan şəxslərin olduğunu dəfələrlə görmüşük. Əgər şəxsin statuslarında cinayət tərkibi yaxud çağırış olubsa, o zaman təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. Bu adı çəkilən sosial şəbəkənin izlənildiyini sübut edir”.

İlham İsmayılın sözlərinə görə, hökumət "WhatsApp”, "Facebook” və digər bu tipli sosial şəbəkələrlə izlənmə mexanizmlərini əvvəlcədən razılaşdırmır və belə bir məsələ mövcud deyil: " Ümumiyyətlə izləmə imkanları mümkündür. Lakin hansı dövlətin imkanları nə dərəcədədir bu haqda məlumatlar yoxdur. İzlənmə və telefon danışıqlarını dinləmə qanunda da təsbit olunub. Belə ki, cinayət əməlində şübhəli bilinən şəxsin danışıqları məhkəmə icazəsi ilə dinlənilə bilər”.
Yazışmalar izlənilir – Keçmiş MTN polkovniki

Administratorla əlaqə

077 611-55-22

[email protected]