Gündəm

"WhatsApp" sosial şəbəkəsində yeni virus təhlükəsi - DİQQƏT, XƏBƏRDARLIQ.

20-04-2016, 16:21

"WhatsApp"da təhlükə: XƏBƏRDARLIQ!

"WhatsApp" sosial şəbəkəsində yeni virus təhlükəsi ortaya çıxıb.

"Hürriyet"in xəbərinə görə, proqramda yeni "trojan" viruslu spam yayılıb. Viruslu mesaj açılanda telefondakı bütün məlumatlar köçürülür. Bu mesajları gördükdə oxumadan silmək lazımdır.

Virus hər yolla - səsli mesaj, söhbət, ödəmə, foto və ya video yoluyla sizə gələ bilər. Tanımadığınız adamlardan mesaj gələndə, həmin şəxsi əngəlləmək və mesajı silmək gərəklidir.

"WhatsApp"dan gələn ".zip" faylları şəxsi kompüterdə açmısınızsa, antivirusla həmin faylları bir də yoxlamaq və şifrələri dəyişmək məsləhətdir.

Qeyd edək ki, dost və ya tanışlardan gələn fayl və linklərdə də diqqətli olmaq lazımdır. Çünki həmin şəxsin hesabı "troyan" tərəfindən ələ keçirilə bilər. 

"WhatsApp" sosial şəbəkəsində yeni virus təhlükəsi - DİQQƏT, XƏBƏRDARLIQ.

Administratorla əlaqə

077 611-55-22

[email protected]