Dünya

İnkişaf etmiş dövlətlərdə xüsusi xidmət orqanları - Bizdə necədir, onlarda necə?

14-12-2015, 21:34
İnkişaf etmiş dövlətlərdə xüsusi xidmət orqanları - Bizdə necədir, onlarda necə?Bu gün Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub.

Avropa.info xəbər verir ki, həmin fərmanla da müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bir çox ölkələrin kəşfiyyat sisteminə baxsaq atılan bu addımın beynəlxalq standartlara tam olaraq cavab verdiyini görərik.

Məsələn dünyanın hegemon ölkələrinin başında duran ABŞ-da kəşfiyyat və əks kəşfiyyat işlərini müvafiq olaraq Federal Təhqiqatlar Bürosu (FTB) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) görür.

Rusiyada isə daxili kəşfiyyat Federal Təhlükəsizlik Xidmətinin (FTX), əks kəşfiyyat isə Xarici Kəşfiyyat Xidmətinin (XKX) nəzarətindədir.

Böyük Britaniyada daxili və xarici kəşfiyyat xidmətləri ayrı-ayrılıqda fəaliyyət göstərir. Daxili təhlükəsizlik MI6 adı ilə də tanınan Təhlükəsizlik Xidməti idarəsinin, xarici kəşfiyyat isə MI5 kimi də tanınan Gizli Kəşfiyyat Xidmətinin nəzarəti altındadır.

Almaniyada da daxili və xarici kəşfiyyat əməliyyatlarını müvafiq olaraq Konstitusiyanın Mühafizəsi Federal Xidməti və BND kimi tanınan Federal Kəşfiyyat Xidməti həyata keçirir.

Kəşfiyyat və xarici kəşfiyyat işlərini Fransada da ayrı-ayrı dövlət idarələri həyata keçirir. Bu işlər müvafiq olaraq Daxili Təhlükəsizlik Baş İdarəsi və Xarici Kəşfiyyat Baş İdarəsi həyata keçirilir.

Dünya ölkələrinin təcrübəsi xarici və daxili kəşfiyyatın bu şəkildə ayrı-ayrı fəaliyyət göstərməsinin daha effektiv nəticə əldə etmək üçün ən optimal seçim olduğunu göstərir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]