Gündəm

Feysbuk yazışmalarınızı necə oxuyurlar? -Mütləq oxu

26-10-2015, 04:58
Feysbuk yazışmalarınızı necə oxuyurlar? -Mütləq oxu

Dünya səviyyəsində hökumətlərin və gizli servislərin məlumat toplayarkən sosial şəbəkələri də izlədiyi bilinən gerçəklikdir. Ancaq uzun zaman ruhumuz belə bunu duymurdu.

Amma Feysbuk yeni texnikasını işə salana qədər...

Adı çəkilən sosial şəbəkədə izlənildiyiniz sizə qısa mesajla bildirilir.

Bəs hansı mesaj?

Feysbuka daxil olan zaman “Hesabınızın təhlükəsizliyini yoxlayın” başlıqlı pəncərə açılıbmı?

Əgər bu baş veribsə, deməli, sizi kimsə izləyir. Bu sizin şəxsi məlumatlarınızın yoxlandığı, başqaları tərəfindən baxıldığı anlamına gəlir.

Feysbukun təhlükəsizlik rəhbəri Aleks Stamoks məsələ ilə bağlı deyir:

“Bu günlərdə izlənildiyindən şübhələndiyimiz hesabların təhlükəsizliyi üçün yeni addımlar atırıq. Bunlardan biri izlənildiyi, ya da hücuma məruz qalacağını düşündüyümüz hesabların sahiblərini bir mesajla xəbərdar etməkdir.

Çıxan xəbərdarlıq mesajlarında isə Feysbuk hesabının və digər onlayn hesablarının dövlət dəstəkli aktyorlar tərəfindən hücum altında olduğunu düşünürük. Feysbuk girişindəki təklifləri aktivləşdirdikdən sonra hesabınıza başqalarının girişi əngəllənəcək. Hesabınıza yeni kompüter və ya cihazdan bağlanıldığı zaman isə mobil telefonunuza təhlükəsizlik kodu göndəriləcək. Bu kodla hesabınıza daxil ola biləcəksiniz. Bundan başqa, digər hesablarınızın da təhlükəsizliyini gözdən keçirməyiniz tövsiyə olunur”, - deyə bildirilir.

Nə kimi tədbirlər görmək lazımdır?

Əgər hesabınızın təqib altında olmasını istəmirsinizsə, internetdəki bütün izlərinizi silib yeni bir adla hesab açmanız məsləhətdir. Bu prossesi hətta başqa bir şəbəkədən, yeni bir kompüterlə həyata keçirməyiniz məqsədəuyğundur.
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]