Eldar Mahmudovun ölüm xəbəri yayıldı
Sosial şəbəkələrin Azərbaycan seqmentində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Həmin xəbər ölkənin aztirajlı saytlarına istinadən verilib.
Həmin saytlarda deyilir ki, Eldar Mahmudov yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Azerinews.tv-ni bilgiləndirən mənbənin məlumatına görə, yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsi ilə çıxmağa çalışırmış. İçki alüdəsinə çevrilməsi də onun ürəyində olan problemləri artırıb.
Sabiq nazirin səhətində yaranan ciddi problemlər onun qəfil ürəktutmasına yaxalanmasına səbəb olub. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilsə də onu qurtarmaq mümkün olmayıb.
Mənbə hadisənin günorta vaxtı baş verdiyini iddia edib.
Virtualaz.org qeyd edir ki, Eldar Mahmudovun öldüyü haqda yayılan bu xəbəri hələlik başqa mənbələrdən, eləcə də rəsmi strukturlardan dəqiqləşdirmək mümkün olmayıb. Bununla belə keçmiş milli təhlükəsizlik nazirinin faktiki olaraq ev dustaqlığı şəraitində saxlanıldığı və düşdüyü depressiya şəraitində hər gün içdiyi haqda daha əvvəl də məlumatlar daxil olurdu. Mənbələrə görə Mahmudov həddən artıq içirdi və dəfələrlə bu səbəbdən halı pisləşirdi.