Gündəm

Nardaranda yeni mədrəsə tikilcək - Nardaran ağsaqqalı

4-05-2016, 22:38
Hacı Hacıağa Nuri sökülən mədrəsə və yeni tikiləcək İmam Zaman (ə.f) mədrəsəsindən danışdı.

Nardaran ağsaqqalı və AİP-in keçmiş sədri Hacı Hacıağa Nuri AİP-in "Məbəs"lə bağlı təşkil etdiyi tədbirdə çıxışı zamanı Nardaranda "İmam Zaman mədrəsəsi"nin sökülməsindən danışıb. O bildirib ki, "İmam Zaman mədrəsəsi"1996-cı ildən, 2003-cü ilə qədər fəaliyyət göstərib. Bu mədrəsənin çox sayda tələbəsi olubki, onların əksəriyyəti ilahiyyatçı və ruhani kimi fəaliyyət göstərirlər. Hacı Hacıağa Nuri mədrəsənin 5 metr yola girdiyinə görə, 5 metr sahəsinin sökülməsini qeyd edərək deyibki, hər kəs çox narahat olub, bu məsələ QMİ-yə qədər gedib çatıb, onlarda qəsəbəyə gələrək yeni layihədən xəbər veriblər; onlar bildiriblərki yeni mədrəsənin inşasıyla bağlı İlham Əlyev özü göstəriş verib. "Nardaranın boş ərazilərindən birində, İmam Zaman (ə.f) böyük mədrəsəsi tikiləcək. Bu, Şərqin böyük mədrəsələrindən biri olacaq.", - deyə Hacı Hacıağa Nuri qeyd edib. Xatırladaq ki, bu gün adı qeyd olunan mədrəsənin sökülməsiylə bağlı rəsmi açıqlama da verilib. "Adı çəkilən binanın 4 metrlik bir hissəsi sökülüb. Buna səbəb yolun genişləndirilməsidir. Ola bilər ki, həmin binadan kənd sakinləri dini mərasimlərin keçirilməsi üçün istifadə edirmişlər. Ancaq həmin binanın rəsmi olaraq mədrəsə olması haqda heç bir məlumat yoxdur, binanın digər hissəsi sökülməyəcək.", - "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. (İslamazeri.az)
Nardaranda yeni mədrəsə tikilcək - Nardaran ağsaqqalı

Administratorla əlaqə

077 611-55-22

[email protected]